Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi Tədqiqat
Mamalıq və Ginekologiya İnstitutunun
maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, ölkə əhalisinin
sağlamlığının qorunması istiqamətində
görülən işlər çərçivəsində
səhiyyənin ən prioritet sahələrindən olan ana və
uşaqların müalicəsi və reabilitasiyasını həyata
keçirən Elmi Tədqiqat Pediatriya İnstitutunun və
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
maddi-texniki bazasını möhkəmləndirmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya
İnstitutunun və Elmi Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutunun təmiri və müasir avadanlıqla təchiz
olunması məqsədi ilə Azərbaycan
Respublikasının 2013-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinə ilkin olaraq 2,0 (hər
institut üçün 1,0)
milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 aprel
2013-cü il
Azərbaycan.- 2013.- 11 aprel.- S. 1.