Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli
308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında daşınmaz əmlakın vahid
dövlət kadastrının tərtib edilməsi və
aparılması Qaydaları”nda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 7, maddə 627) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında daşınmaz əmlakın vahid dövlət
kadastrının tərtib edilməsi və aparılması
Qaydaları"nın 3.5-ci bəndində
"kadastrının tərkib hissəsi olan" sözləri
"kadastrı ilə əlaqələndirilməklə"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 aprel
2013-cü il
Azərbaycan.- 2013.- 11 aprel.- S. 1.