Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «İnzibati
xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı»nda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Resrublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə
təsdiq edilmiş "İnzibati xətalar haqqında
işlərə baxmağa səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı"nı "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 2 noyabr tarixli 462-IVQD nömrəli Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 9, maddə 872; 2008, ¹ 3, maddələr 169, 186, ¹
5, maddə 364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə 1057;
2009, ¹ 2, maddələr 59, 69, 73, ¹ 5, maddə 321, ¹ 6, maddə
421; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 184, 193, ¹ 6, maddə
494, ¹ 7, maddə 606, ¹ 8, maddələr 716, 725, ¹ 10, maddə
849; 2011, ¹ 6, maddə 512, ¹ 9, maddə 792; 2012, ¹ 3, maddə 200,
¹ 5, maddə 421, ¹ 10, maddə 951, ¹ 11, maddə 1117, ¹ 12, maddə
1238; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral
tarixli 814 nömrəli Fərmanı) ilə təsdiq
edilmiş "İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
2.1-ci bənddə "298-301-ci" sözləri
"299-301-ci" sözləri ilə əvəz edilsin;
2.
2.5-ci və 2.9-cu bəndlərdən "298-ci," sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 aprel
2013-cü il
Azərbaycan.- 2013.- 11 aprel.- S. 1.