Azərbaycan ilə
Braziliya arasında münasibətlərin inkişaf perspektivləri
müzakirə olunmuşdur
Aprelin 10-da Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa
çatması ilə əlaqədar Braziliyanın ölkəmizdəki
səfiri Sergio de Souza Fontes Arruda ilə
görüşmüşdür.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə son illər Azərbaycan
ilə Braziliya arasında ikitərəfli münasibətlərin
inkişafından məmnunluq ifadə olunmuş və əməkdaşlığın
daha da genişləndirilməsinin vacibliyi
vurğulanmışdır.
Nazir
E.Məmmədyarov ölkələrimiz arasında siyasi
münasibətlərin hazırkı səviyyəsini də
yüksək qiymətləndirmişdir.
Görüşdə,
həmçinin Azərbaycan ilə Braziliya arasında siyasi
dialoqun davam etdirilməsi barədə razılıq əldə
edilmişdir.
E.Məmmədyarov
diplomata gələcək fəaliyyətində uğurlar
arzulamışdır.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 1.