Avrasiya
İqtisadi Zirvə Toplantısında Azərbaycanın
İKT sahəsində uğurları diqqət mərkəzində
olmuşdur
Mərmərə Qrupu Sosial və Strateji
Araşdırmalar Vəqfinin təşkilatçılığı
ilə İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə
Toplantısında Azərbaycanın informasiya-kommunikasiya
texnologiyaları (İKT) sahəsində uğurları diqqət
mərkəzində olmuşdur.
Zirvə
toplantısında çıxış edən Azərbaycanın
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təbii
ehtiyatları ilə zəngin olan və regionun lider dövlətinə
çevrilmiş Azərbaycanda neft və qaz gəlirlərindən
asılılığın azaldılması üçün
ardıcıl islahatlar aparılır. Bu kontekstdə
İKT-nin inkişafı mühüm əhəmiyyət kəsb
edir. İnformasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatın
digər sahələrinin də inkişafını müəyyən
edən bir amilə çevrilmişdir. Hökumətimizin bu
sahəyə diqqətinin nəticəsidir ki, bu gün Azərbaycanda
internet istifadəçilərinin sayı sürətlə
artmaqdadır. Genişzolaqlı
internet şəbəkəsinin inkişaf etdirilməsi
üçün böyük məbləğdə vəsait
ayrılmışdır.
Nazir
vurğulamışdır ki, torpaqlarının 20 faizinin Ermənistan
tərəfindən işğal olunduğu Azərbaycan
regionda infrastruktur layihələrinin həyata keçirilməsini
diqqət mərkəzində saxlayır. Lakin,
işğal siyasətinin davam etməsi tam əməkdaşlığa
əngəllər törədir. Bununla belə, regionda internet
və İKT sahəsində inkişafa nail olmaq
üçün Azərbaycan hökumətinin təşəbbüsü
ilə BMT tərəfindən "Trans-Avrasiya Super
İnformasiya Magistralı" (TASİM) ilə bağlı 2
qətnamə qəbul edilmişdir.
Ə.Abbasov
əlavə etmişdir ki, ölkəmiz dövlətlərin
təhlükəsizliyi baxımından mühüm məsələ
olan kibercinayətkarlıqla mübarizəyə də
böyük diqqət yetirir, bu sahədə əməkdaşlığa
hər zaman açıqdır.
Oqtay BAYRAMOV.
AzərTAc-ın xüsusi
müxbiri
İstanbul
Azərbaycan.- 2013.- 11 aprel.- S. 5.