Azərbaycanda
mövcud potensialın dünya elmi bazasında özünəməxsus
yeri vardır
Bu barədə AzərTAc-a mərkəzi qərargahı
ABŞ-ın Filadelfiya şəhərində yerləşən
beynəlxalq "Thomson Reuters"
şirkətindən daxil olmuş məktubda məlumat verilir.
Şirkətin Yaxın Şərq, Afrika, Rusiya və MDB ölkələri üzrə departamentinin rəhbəri Şahruz Şarifrazinin və qurumun Mərkəzi və Şərqi Avropa üzrə meneceri Devid Horkinin imzaladıqları məktubda deyilir ki, aparılmış araşdırmanın nəticələrinə görə, 2012-ci ildə Azərbaycanda elmi nəşrlərin ümumi sayında 9 faiz azalma müşahidə olunsa da, ölkədəki mövcud elmi potensial dünya elmi bazasında öz yerini qorumaqdadır. Bunu hesabat dövründə elmi nəşrlərin sayının azalmasına baxmayaraq, Azərbaycan nəşrlərindən istifadə edilən sitatların sayının 61 faiz artması da sübut edir. Bu da Azərbaycanda mövcud elmi potensialın inkişafını və onun düzgün istiqamətləndirilməsi zərurətinin olduğunu göstərir.
Məktubda
bildirilir ki, elmi sahədə beynəlxalq əməkdaşlıq
Azərbaycanın inkişafında mühüm rol oynayır. Müasir
qloballaşan dünyada inkişafa dəstək məqsədilə
bütün ölkələr elmi və texnoloji mübadilə
proqramları işləyib hazırlayırlar. Bundan əlavə,
universitetlər və digər təhsil müəssisələri
tədqiqat işləri aparmaq, konfranslar keçirmək, elmi
kitablar və jurnallar nəşr etməklə bu sahənin
inkişafına dəstək olurlar.
Fəxri
redaktorunun Tamer Başar (ABŞ), baş redaktorlarının
akademiklər Əli Abbasov, Fikrət Əliyev (Azərbaycan) və
Vladimir Larinin (Ukrayna) olduqları "Tətbiq və hesablama
riyaziyyatı" jurnalı sitat göstəricilərinə
görə "Thomson Reuters" şirkətinin
hesabatında "dünya miqyasında keyfiyyətli elmi
jurnal" hesab olunmuş və bu təşkilatın
siyahılarına salınmışdır.
Nəşr
olunduğu 11 il müddətində bu jurnal 42 ölkədən
200 beynəlxalq müəssisə ilə elmi mübadilə həyata
keçirmişdir.
"Tətbiq
və hesablama riyaziyyatı" jurnalı "Thomson
Reuters" agentliyinin
hesabatına salınmış yeganə Azərbaycan
jurnalıdır. Agentliyin genişləndirilmiş
siyahısında Türkiyənin 77, Rusiyanın 150-dən
artıq jurnalı vardır.
Daha
keyfiyyətli jurnallarla və digər nəşrlərlə
Azərbaycanın elmi bazasının inkişaf etdirilməsi
vacibdir.
"Thomson
Reuters" agentliyi Azərbaycanın
elmi inkişafına dəstək məqsədilə "Web
of Knowledge" ("Biliklər şəbəkəsi") mənbələrinin
bu ölkənin elmi ictimaiyyətinə açılması
üçün danışıqlar
aparıldığını və tezliklə bu məqsədə
nail olunacağına ümid etdiyini bəyan edir.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 5.