Dövlət
Sosial Müdafiə Fondunun sədri ölkənin şimal
bölgəsində yaşayan vətəndaşlarla
görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov aprelin 10-da Xaçmazda bu rayonun, həmçinin ölkənin şimal bölgəsinin əhatə etdiyi Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə iştirak edən vətəndaşlar
əsasən pensiyaların hesablanması, stajla bağlı məsələlərə
görə müraciət etmişlər. Bəzi sakinlər
müvafiq arxiv sənədlərinin olmaması səbəbindən
keçmiş sovet dövründə kolxoz və sovxozlarda
işlədikləri müddətin əmək stajlarına əlavə
edilməməsindən narazılıqlarını bildirmişlər.
Görüşdə
40-dan artıq vətəndaşın müraciətləri
dinlənilmiş, onların problemləri ilə bağlı dərhal
müvafiq tədbirlərin görülməsi
üçün
tapşırıqlar verilmişdir.
Səlim
Müslümov bildirmişdir ki,
bu ilin ortasından
pensiyaların təyinatında avtomatlaşdırma sisteminə
keçiləcəkdir. Bu sistemə görə sakinlər
hətta evlərindən zəng edərək öz şəxsiyyət
vəsiqələrinin nömrəsini deməklə avtomatik
olaraq pensiya təyinatının
aparılmasını təmin edə biləcəklər. Diqqətə
çatdırılmışdır ki, bu, dünyanın
aparıcı dövlətlərində tətbiq olunan
sistemdir.
DSMF-nin
sədri bildirmişdir ki, pensiyaların baza hissəsinin
artırılması ilə bağlı fondun göstəriciləri
yüksəlmiş, pensiyaların gecikdirilməsi halları
tamamilə aradan qaldırılmışdır. Sədr
daha sonra demişdir: "Belə olan halda pensiya
artımlarının maliyyələşdirilməsi
üçün kifayət qədər
məbləğimiz vardır və yaxın bir neçə
ayda bu məbləğ tamamilə formalaşacaqdır. Bu da
pensiyaların baza hissəsinin artırılması məqsədilə
dövlət başçısına müraciət etmək
üçün şərait yaradır. Bütün
hesablamalar göstərir ki, bir neçə aya pensiyaların
baza hissəsinin artırılması realdır".
Səlim
Müslümov vətəndaşlarla növbəti
görüşünü
aprelin 11-də saat 10.00-da
DSMF-nin Sumqayıt şəhər şöbəsində
keçirəcəkdir. Həmin gün DSMF-nin sədri Sumqayıt şəhəri,
Abşeron və Xızı rayonlarının sakinləri ilə
görüşəcəkdir.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 5.