Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri aran bölgəsində yaşayan vətəndaşlarla
görüşmüşdür
Aprelin 10-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Şirvan şəhərindəki mədəniyyət evində Şirvan şəhərinin, Sabirabad, Salyan, Saatlı, Biləsuvar, Neftçala və Hacıqabul rayonlarının sakinləri ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə iştirak edən vətəndaşların
müraciətləri əsasən qüsurlu və xəstə
uşaqların xarici ölkələrdə dövlət vəsaiti
hesabına müalicə olunması, əlil
arabalarının, sosial yardımın alınmasına kömək
göstərilməsi, yeni doğulmuş və xəstə
uşaqların təqaüd və müavinətlərinin
artırılması, aliment məsələləri,
qadınlara qarşı
zorakılıq, iş, mənzil və s. məsələlərlə
bağlı olmuşdur.
Görüş
zamanı vətəndaşları narahat edən məsələlərin
bir neçəsi yerindəcə həll olunmuş, digər
müraciətlər isə müvafiq qurumlara
çatdırılmaq üçün qeydə
alınmışdır.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 5.