Heydər Əliyev
Fondu tərəfindən hazırlanmış bir sıra
kitablar Cənubi Afrika Milli Kitabxanasına hədiyyə
olunmuşdur
Azərbaycanın Cənubi Afrikadakı səfiri Elxan Poluxov Pretoriya şəhərindəki bu ölkənin Milli Kitabxanasının rəhbəri, Milli Kitabxanalar Konfransının sədri Con Kvale Tsebe ilə görüşmüşdür.
Səfirlikdən
AzərTAc-a verilən məlumata görə, E.Poluxov həmsöhbətinə
Azərbaycanda sürətlə gedən inkişaf prosesi,
dövlət tərəfindən təhsilə, elmin
inkişafına göstərilən diqqət,
respublikamızda fəaliyyət göstərən kitabxanalar
barədə ətraflı məlumat vermişdir.
Azərbaycanda
yeni nəşrlərin çıxmasında Heydər Əliyev
Fondunun xüsusi rolunu vurğulayan səfir fond tərəfindən
hazırlanmış bir sıra kitabları Cənubi Afrika
Milli Kitabxanasına hədiyyə etmişdir.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və onun ağır nəticələri
barədə fikir mübadiləsi aparılmışdır.
E.Poluxov
iki ölkənin milli kitabxanaları arasında əlaqələrin
inkişafının əhəmiyyətini
vurğulamışdır. Bu cür əlaqələrin
qurulmasında maraqlı olduğunu deyən C.Tsebe
bildirmişdir ki, ölkələrimiz barədə məlumatların
kitabxanalarda yerləşdirilməsi üçün
bütün lazımi addımları atmağa hazırdır.
Sonda Azərbaycan
diplomatı kitabxana ilə tanış olmuşdur. Məlumat
verilmişdir ki, Cənubi Afrika Milli Kitabxanası Afrika qitəsində
ən böyük və zəngin kitabxanalardan biridir.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 5.