Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 62 Bakı şəhəri, 8 aprel 2013-cü il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli qərarı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
siyahısı"nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, "2010-cu il dekabrın
29-da imzalanmış "Azərbaycan Respublikası hökuməti
və Amerika Birləşmiş Ştatlarının
"Uşaqların Xilası" (Save the Children) Təşkilatı
arasında Uşaq və Ailələrə Dəstək mərkəzlərinin
təhvili haqqında Saziş"in təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli
1328 nömrəli sərəncamına əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, ¹5, maddə 470) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
siyahısı"na aşağıdakı sözlər əlavə
edilsin:
"Ağdam
Uşaq və Ailələrə Dəstək Mərkəzi
Sabirabad
Uşaq və Ailələrə Dəstək Mərkəzi
Zaqatala
Uşaq və Ailələrə Dəstək Mərkəzi
İsmayıllı
Uşaq və Ailələrə Dəstək Mərkəzi
Qəbələ
Uşaq və Ailələrə Dəstək Mərkəzi
Göygöl
Uşaq və Ailələrə Dəstək Mərkəzi
Zərdab
Uşaq və Ailələrə Dəstək Mərkəzi
Saatlı
Uşaq və Ailələrə Dəstək Mərkəzi
Hacıqabul
Uşaq və Ailələrə Dəstək Mərkəzi"
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.- 2013.- 11 aprel.- S. 3.