“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə
götürülmüş daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq
edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132
nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 61 Bakı şəhəri, 8 aprel 2013-cü il
“Bakı
şəhər inzibati ərazi vahidi tərkibində
Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 17 yanvar tarixli 2666 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Azərbaycan Respublikası ərazisində dövlət
mühafizəsinə götürülmüş
daşınmaz tarix və mədəniyyət abidələrinin
əhəmiyyət dərəcələrinə görə
bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 555; 2005, ¹ 11, maddə 1065;
2006, ¹ 12, maddə 1161; 2007, ¹ 7, maddələr 737, 738; 2008, ¹ 1,
maddə 36, ¹ 2, maddə 104, ¹ 6, maddələr 582, 584, 586, ¹ 7,
maddələr 680, 681, 682; 2009, ¹ 7, maddə 609, ¹ 10, maddə
848; 2010, ¹ 6, maddə 566, ¹ 7, maddə 704, ¹ 8, maddə 760; 2012,
¹ 3, maddə 264, ¹ 6, maddə 636; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2013-cü il 14 mart tarixli 45 nömrəli
qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə
- “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət
abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr”
bölməsinin “Xəzər rayonu” hissəsinin 523-cü bəndi
çıxarılsın və aşağıdakı məzmunda
yeni hissə əlavə edilsin:
“Pirallahı rayonu
Abidənin inventar
¹-si |
Abidənin adı |
tarixi |
Yerləşdiyi ünvan |
554-1 |
Yaşayış yeri |
orta əsrlər |
Çilov əsəbəsinin
şimal-şərqində |
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2013.- 11 aprel.- S. 3.