Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı
ilə təsdiq edilmişdir
1.
Giriş
Bu
gün Azərbaycan dilinin milli dövlətçiliyin
başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı
tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin
yaxşılaşdırılması üçün əlverişli
zəmin yaradılmışdır. Eyni zamanda elm və
texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma
dövrü Azərbaycan dilinin zənginləşməsi və
tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində
aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini
tələb edir.
Respublikada
dil siyasətinin birmənalı şəkildə
formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi
işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının
ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin
göstəricisi kimi beynəlxalq aləmdə rolu və
nüfuzunun yüksəlməsi Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin adı ilə
bağlıdır.
Müstəqil
Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi
yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan
dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti,
Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18
iyun tarixli 506 nömrəli və “Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” 2001-ci il 9 avqust tarixli 552 nömrəli fərmanları,
eləcə də “Azərbaycan Respublikasında dövlət
dili haqqında” Azərbaycan Respublikasının Qanunu və
dil siyasəti sahəsində normativ hüquqi aktlar, həmçinin
digər tədbirlər Azərbaycanda dilçilik sahəsinin
hüquqi əsaslarını və icra mexanizmini müəyyən
etmişdir.
Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının
nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli 55 nömrəli
və “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli sərəncamlarına
əsasən latın qrafikalı yeni Azərbaycan əlifbası
ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər
və bədii ədəbiyyat nümunələrinin çap
olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha
da zənginləşməsi ilə yanaşı,
dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli
olmuşdur.
Eyni
zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsi və
azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli
inkişafı baxımından gənc nəslin ana dilinə
sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi
dilin normalarına ciddi surətdə əməl edilməsi, o
cümlədən dilçilik elminin müxtəlif sahələri
üzrə yüksəkixtisaslı kadrların
hazırlanması dövrün tələbi olaraq qalır.
Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında” 2012-ci il 23 may tarixli 2236 nömrəli və “Azərbaycan
Milli Elmlər Akademiyasının Nəsimi adına
Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi
haqqında” 2012-ci il 29 may tarixli 2240 nömrəli sərəncamları
ölkədə dil siyasətinin uğurla həyata
keçirilməsində mühüm fəaliyyət sənədləridir.
“Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı)
həmin sərəncamlardan irəli gələn məsələlərin
həllinə yönəlmişdir və 2013–2020-ci illər ərzində
bu istiqamətdə zəruri tədbirlərin həyata
keçirilməsini nəzərdə tutur.
2. Dövlət Proqramının məqsədi
Dövlət
Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə
və tədqiqinə dövlət qayğısının
artırılmasını, Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının
əsaslı surətdə
yaxşılaşdırılmasını, dilçiliyin
aparıcı istiqamətlərində fundamental və tətbiqi
tədqiqatların inkişafına yönəldilmiş
yaradıcılıq səylərinin birləşdirilməsini
və dilçiliyin müasir cəmiyyətin aktual problemləri
ilə əlaqələndirilməsini təmin etməkdir.
3. Dövlət Proqramının əsas
vəzifələri
3.1.
Dövlət Proqramının əsas vəzifələri
aşağıdakılardır:
3.1.1.
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun inkişafı, qorunması,
elektron məkanda daha geniş istifadəsi və ölkədə
dilçiliyin inkişaf etdirilməsi mexanizminin
yaradılması;
3.1.2.
dilçilik sahəsində yüksəkixtisaslı
kadrların hazırlanmasının təkmilləşdirilməsi;
3.1.3.
dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə
almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin
müəyyənləşdirilməsi;
3.1.4.
dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri
ilə əməkdaşlığın inkişaf etdirilməsi;
3.1.5.
dilin inkişafı və tədrisi məsələlərinin
uzlaşdırılması və təkmilləşdirilməsi;
3.1.6.
dilçi alimlərin müasir informasiya və kommunikasiya
texnologiyalarının yaradılmasında
iştirakının təmin edilməsi;
3.1.7.
dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı
tədqiqini təmin etmək üçün qədim dillərin
tarixinin öyrənilməsi;
3.1.8.
dilin inkişafını və ədəbi dil
normalarının qorunmasını təmin edən
qanunvericilik bazasının təkmilləşdirilməsi;
3.1.9.
dil və nitq mədəniyyətinin yüksəldilməsi;
3.1.10.
Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik
normalarının sistemləşdirilməsi;
3.1.11.
Azərbaycanda dil situasiyalarının və dil əlaqələrinin
öyrənilməsi.
4. Gözlənilən nəticələr
4.1.
Dövlət Proqramının yerinə yetirilməsindən
gözlənilən nəticələr
aşağıdakılardır:
4.1.1.
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsi və ölkədə
dilçiliyin inkişafının dövlət səviyyəsində
təmin olunması;
4.1.2.
dünya dilçilik elminin müasir inkişaf meyilləri nəzərə
alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasında və
respublikanın digər elmi müəssisələrində,
ali məktəblərində aparılan fundamental və tətbiqi
tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
4.1.3.
dilçiliyin inkişafı sahəsində fəaliyyət
göstərən elmi müəssisə və qurumların
maddi-texniki bazasının möhkəmləndirilməsi;
4.1.4.
Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə
bağlı qısamüddətli və uzunmüddətli
kompleks elmi proqramların işlənilib həyata keçirilməsi;
4.1.5.
Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin
müəyyənləşdirilməsi;
4.1.6.
qədim dillərin öyrənilməsi sahəsində
dönüş yaradılması və müasir dünya
dilçiliyinin nəzəri səviyyəsinə uyğun
elmi tədqiqatlar aparılması işinin gücləndirilməsi;
4.1.7.
dilçilik sahəsində ixtisaslı kadrların
hazırlıq səviyyəsinin yüksəldilməsi;
4.1.8.
dünyanın aparıcı mərkəzləri ilə beynəlxalq
elmi əməkdaşlığın inkişaf etdirilməsi,
dilçiliyin aktuallıq kəsb edən müxtəlif
problemlərinə dair birgə tədbirlərin həyata
keçirilməsi;
4.1.9.
Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi,
lüğət ehtiyatının zənginləşdirilməsi,
qrammatik quruluşunun qorunması, söz
yaradıcılığı prosesinə nəzarətin
gücləndirilməsi və nitq mədəniyyəti sahəsində
kompleks tədbirlərin həyata keçirilməsi;
4.1.10.
dilin inkişafını və ədəbi dil
normalarının qorunmasını təmin edən
qanunvericilik bazasının təkmilləşdirilməsi;
4.1.11.
mətbuat orqanlarında, televiziya və radio kanallarında,
internet resurslarında və sosial şəbəkələrdə
ədəbi dil normalarının pozulması hallarının
qarşısını almaq üçün mexanizmlərin
müəyyənləşdirilməsi;
4.1.12.
elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi,
eləcə də filmlərin dublyajı sahəsində
qüsurların aradan qaldırılması üçün tədbirlərin
müəyyənləşdirilməsi;
4.1.13.
reklam, afişa və elanlarda ədəbi dil normalarının
pozulması hallarının qarşısını almaq
üçün yollar müəyyən edilməsi;
4.1.14.
Azərbaycan dilini öyrənən xarici vətəndaşlar
və xarici dil öyrənmək istəyən azərbaycanlılar
üçün tədris vəsaitlərinin daha intensiv
hazırlanmasının təmin olunması;
4.1.15.
Azərbaycan dilinin düzgün işlənilməsində
çevikliyin təmin olunması üçün müvafiq
internet resurslarının yaradılması;
4.1.16.
Azərbaycan dilində internet resurslarının, elektron və
interaktiv dərsliklərin yaradılması sahəsində
işlərin görülməsi.
5. Dövlət Proqramının
maliyyələşdirilməsi
Dövlət Proqramında nəzərdə tutulan tədbirlər
Azərbaycan Respublikasının dövlət büdcəsində
müvafiq dövlət qurumlarının xərclər
smetasında elmi tədqiqatların aparılması üçün
nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar
vəsaitlər, qrantlar, habelə Azərbaycan
Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr
hesabına maliyyələşdirilir.
6. Dövlət
Proqramının icrasına dair Tədbirlər Planı
¹ |
Tədbirin
adı |
İcraçılar |
İcra müddəti(illər üzrə) |
6.1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi |
|||
6.1.1. |
Dövlət
dilinin elm və təhsil müəssisələrində
istifadəsi və tətbiqi ilə bağlı mövcud
normativ hüquqi aktların təkmilləşdirilməsinə
dair təkliflərin hazırlanması |
Azərbaycan
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Ədliyyə
Nazirliyi |
2013-2015 |
6.1.2. |
Azərbaycan
dilinin tədrisi metodikasının təhsilin bütün
pillələri üzrə yeni standartlarının
hazırlanması |
Təhsil Nazirliyi, Azərbaycan
Milli Elmlər
Akademiyası |
2013-2015 |
6.1.3. |
Qloballaşma
dövrünün tələblərinə uyğun olaraq Azərbaycan
Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun
strukturunun təkmilləşdirilməsi və maddi-texniki
bazasının müasirləşdirilməsinin təmin
edilməsi |
Azərbaycan
Milli Elmlər Akademiyası |
2013 |
6.1.4. |
Milli
transliterasiya standartlarının hazırlanması |
Azərbaycan
Milli Elmlər Akademiyası |
2013-2014 |
6.1.5. |
Azərbaycan
dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin
qorunmasında, eləcə də ədəbi dilin normalarına
əməl olunmamasının, reklamlarda, ictimai iaşə
obyektlərində Azərbaycan dilinin leksik və
qrammatik qaydalarının pozulmasının
qarşısının alınmasında ictimaiyyətin
iştirakının təmin edilməsi və operativ tədbirlər
görülməsi məqsədilə qaynar xəttin
yaradılması |
Azərbaycan Milli Elmlər
Akademiyası, Təhsil Nazirliyi, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti
orqanları |
2013-2014 |
6.2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi |
|||
6.2.1. |
Azərbaycan
Respublikasının xaricdəki diplomatik nümayəndəliklərində
əcnəbi vətəndaşlar, diaspor nümayəndələri
və digər maraq göstərən şəxslər
üçün təsərrüfathesablı Azərbaycan
dili kurslarının yaradılmasına dair təkliflərin
hazırlanması |
Xarici
İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası, Mədəniyyət və
Turizm Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi |
2015 |
6.2.2. |
Ali təhsil
müəssisələrində müvafiq ixtisaslar üzrə
“Nitq mədəniyyəti” fənninin tədris olunmasının
təmin edilməsi |
Təhsil
Nazirliyi |
mütəmadi |
6.2.3. |
Dövlət
idarəçiliyində, kütləvi informasiya vasitələrində
Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması
məqsədilə maarifləndirmə tədbirlərinin
və treninqlərin təşkil edilməsi |
Azərbaycan
Milli Elmlər Akademiyası, mərkəzi və yerli
icra hakimiyyəti orqanları, Mətbuat Şurası, Milli
Televiziya və Radio Şurası |
mütəmadi |
6.3. Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi |
|||
6.3.1. |
Ölkədə
tədrisin digər dillərdə aparıldığı
ümumtəhsil müəssisələrində dövlət
dilinin tədrisinin təmin edilməsi |
Təhsil
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
mütəmadi |
6.3.2. |
Ölkədə
qədim dünya dillərinin və qədim mədəniyyətlərin
öyrənilməsi üçün yeni layihələrin
hazırlanması və həyata keçirilməsi |
Azərbaycan
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi |
mütəmadi |
6.3.3. |
Türk
dillərinin fonetika, leksika və qrammatikasının müqayisəli
tədqiqi sahəsində işlərin intensivləşdirilməsi,
ortaq əlifba, terminologiya və ədəbi dillə
bağlı birgə layihələrin hazırlanması |
Azərbaycan
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi |
2013-2020 |
6.3.4. |
Azərbaycan
dilinə daxil olan yeni elementlərin öyrənilməsi,
sistemləşdirilməsi və tətbiqinin genişləndirilməsi
ilə bağlı tədbirlərin həyata keçirilməsi |
Azərbaycan
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi |
mütəmadi |
6.3.5. |
Azərbaycan
dilinin müxtəlif dialekt və şivələrinin
müasir dövrün tələblərinə uyğun
olaraq öyrənilməsinin təmin edilməsi |
Azərbaycan
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Xarici
İşlər Nazirliyi, Diasporla İş üzrə
Dövlət Komitəsi |
mütəmadi |
6.3.6. |
Qloballaşma
şəraitində Azərbaycanda dil situasiyasının
və dillərin qarşılıqlı əlaqəsinin
öyrənilməsinin intensivləşdirilməsi |
Azərbaycan
Milli Elmlər Akademiyası |
mütəmadi |
6.3.7. |
Azərbaycana
idxal olunan malların etiketlərində və adlarında
istehlakçılar üçün Azərbaycan dilində
zəruri məlumatların olmasına nəzarət edilməsi |
İqtisadi
İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi,
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi |
mütəmadi |
6.3.8. |
Küçə
adları, afişa və reklamlarda Azərbaycan ədəbi
dilinin normalarının pozulması hallarının qarşısını
almaq məqsədilə zəruri tədbirlərin həyata
keçirilməsinin təmin edilməsi |
Azərbaycan
Milli Elmlər Akademiyası, Mədəniyyət və
Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət
Komitəsi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr |
2013-2015 |
6.3.9. |
Milli
transliterasiya standartları əsasında Azərbaycan əlifbasından
digər əlifbalara transliterasiyanı həyata keçirən
proqram təminatının hazırlanması |
Azərbaycan
Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi |
2013-2014 |
6.4. Azərbaycan dilinin
öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi |
|||
6.4.1. |
Azərbaycan
dilinin dövlət dili kimi ümumi informasiya bazasının
yaradılması |
Azərbaycan
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi |
2013-2015 |
6.4.2. |
Azərbaycan
dilinin təkmilləşdirilmiş yeni orfoqrafik,
izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik
və tezlik elektron lüğətlərinin hazırlanması |
Azərbaycan
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi |
2013-2020 |
6.4.3. |
Azərbaycan
dilində internet resurslarının, elektron və
interaktiv dərsliklərin yaradılması istiqamətində
fəaliyyətin gücləndirilməsi |
Azərbaycan
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi |
mütəmadi |
6.4.4. |
Azərbaycan
Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda
saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq
məqsədilə “Əlyazmaların elektron
kitabxanası”nın və internet portalının
yaradılması |
Azərbaycan
Milli Elmlər Akademiyası, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi |
2013-2015 |
6.4.5. |
Beynəlxalq
standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması |
Azərbaycan
Respublikası Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər
Akademiyası |
2013-2015 |
6.4.6. |
Azərbaycan
dilində antiplagiat sistemin yaradılması |
Azərbaycan
Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Müəllif Hüquqları
Agentliyi |
2013-2016 |
6.4.7. |
Azərbaycan
dilinin daha geniş istifadəsinin təmin edilməsi
üçün internet texnologiyalarının, maşın
tərcüməsi sistemlərinin və digər müasir
tətbiqi linqvistik texnologiyaların yaradılması və
inkişaf etdirilməsi |
Azərbaycan
Milli Elmlər Akademiyası, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi |
2013-2020 |
6.5. Azərbaycan dilinin kütləvi informasiya vasitələrində təbliği |
|||
6.5.1. |
Kütləvi
informasiya vasitələrində dövlət dilinin təbliğinin
gücləndirilməsi |
Azərbaycan
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Milli Televiziya
və Radio Şurası, Mətbuat Şurası |
mütəmadi |
6.5.2. |
Televiziya
və radio verilişlərində, yazılı və
elektron mətbuatda Azərbaycan ədəbi dilinin
normalarına əməl olunmasını təmin etmək məqsədilə
teleradio şirkətləri və kütləvi informasiya
vasitələri sahəsində çalışan mütəxəssislərin
dil hazırlıqlarının yüksəldilməsinin təmin
edilməsi |
Azərbaycan
Milli Elmlər Akademiyası, Milli Televiziya və Radio Şurası,
Mətbuat Şurası, Təhsil Nazirliyi |
mütəmadi |
6.5.3. |
Teleradio
şirkətlərində dil və nitq mədəniyyətinin
qorunması üçün bədii şuraların
yaradılması |
Milli
Televiziya və Radio Şurası |
2013 |
6.5.4. |
Qeyri-hökumət
təşkilatlarının, kütləvi informasiya vasitələri
nümayəndələrinin iştirakı ilə
seminarlar, dəyirmi masalar, konfranslar, televiziya və radio verilişlərinin
təşkil edilməsi |
Azərbaycan
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Milli Televiziya
və Radio Şurası, Mətbuat Şurası |
mütəmadi |
Azərbaycan. - 2013.- 11 aprel.- S. 3.