İndiyədək
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana
2,1 milyard ABŞ dolları kredit ayırmışdır
Bakı Biznes Mərkəzində ölkəmizdə
səfərdə olan Avropa Yenidənqurma və İnkişaf
Bankının (AYİB) Direktorlar Şurasının üzvləri
ilə görüş keçirilmişdir.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
görüşdən əvvəl AYİB nümayəndələri
Bakı Biznes Mərkəzində Azərbaycanın
sosial-iqtisadi uğurları barədə təqdimatla
tanış olmuşlar.
Görüşdə
iqtisadi inkişaf naziri Şahin Mustafayev AYİB-nin Direktorlar
Şurasının ölkəmizə ikinci məsləhətləşmə
səfərinin bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın
göstəricisi olduğunu vurğulamışdır. Nazir Azərbaycanın
bu əməkdaşlığa böyük önəm
verdiyini və bank tərəfindən dövlət və
özəl sektorun inkişafına göstərilən dəstəyin
yüksək qiymətləndirildiyini qeyd etmişdir.
Bildirilmişdir
ki, indiyədək 117 layihə çərçivəsində
AYİB tərəfindən Azərbaycana 2,1 milyard ABŞ
dolları kredit ayrılmışdır. AYİB-nin Azərbaycandakı
kredit portfelinin şaxələndirilməsi üçün
geniş potensialın olduğunu diqqətə
çatdıran nazir Şahin Mustafayev bu baxımdan kənd təsərrüfatı,
sənaye parklarının fəaliyyətinin dəstəklənməsi
sahəsində bankın təcrübəsinin əhəmiyyətini
vurğulamış və ölkəmizdə özəl
sektorun inkişafına töhfə verən fəal maliyyə
institutu kimi AYİB-ni özəl müəssisələrin
birbaşa maliyyələşdirilməsi və səhm
kapitalında iştirak üzrə fəaliyyətini daha da
genişləndirməyə dəvət etmişdir.
Avropa
Yenidənqurma və İnkişaf Bankının Direktorlar
Şurasında Böyük Britaniya Birləşmiş
Krallığından direktor Conatan Okenden Azərbaycanın
qazandığı iqtisadi uğurların bankın diqqət mərkəzində
olduğunu, AYİB və Azərbaycan arasında əlaqələrin
bundan sonra da uğurla davam edəcəyinə əminliyini
vurğulamışdır.
Görüşdə
iqtisadi inkişaf naziri Şahin Mustafayev AYİB-nin Direktorlar
Şurasının üzvlərinin Azərbaycan
iqtisadiyyatına və ölkəmizin bankla əməkdaşlığına
dair suallarını cavablandırmışdır.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 5.