Azərbaycan beynəlxalq
antikorrupsiya mübarizəsində fəal iştirak edir
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə korrupsiyaya qarşı qəti mübarizə tədbirləri həyata keçirilir və bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.
Azərbaycan
dünyada korrupsiyaya qarşı mübarizə aparan
qurumları birləşdirən Beynəlxalq Antikorrupsiya
Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından
biri kimi beynəlxalq antikorrupsiya əməkdaşlığına
dəyərli töhfələr verir. Respublikamızın
nümayəndəsi IAACA-nın vitse-prezidenti seçilərək
qurumun işində fəal iştirak edir.
Ədliyyə Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Fikrət
Məmmədovun başçılıq etdiyi nümayəndə
heyəti Hindistanda səfərdədir.
F.Məmmədov
IAACA-nın vitse-prezidenti kimi aprelin 8-dən 10-dək
Assosiasiyanın İcraiyyə Komitəsinin Nyu Dehlidə təşkil
olunmuş iclasında iştirak etmişdir.
Tədbiri
Hindistanın dövlət naziri V.Narayanasami açdıqdan
sonra IAACA-nın prezidenti, Çinin baş prokuroru Çao
Cianminq çıxış etmişdir.
İclasda
korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın
və bu sosial bəla ilə qlobal səviyyədə
mübarizənin gücləndirilməsi, antikorrupsiya
orqanlarının fəaliyyətinin daha mükəmməl əlaqələndirilməsi
üçün təsirli mexanizmlərin tətbiqi, bu sahədə
çevikliyin təmin olunması və digər aktual məsələlər
müzakirə edilmişdir. Həmçinin Assosiasiyanın fəaliyyətinin
səmərəliliyinin artırılması üzrə tədbirlərə,
o cümlədən ölkəmizin ekspertlərinin
iştirakı ilə hazırlanmış IAACA-nın Strateji
Proqramına baxılmışdır.
IAACA-nın
vitse-prezidenti kimi Azərbaycanın ədliyyə naziri Fikrət
Məmmədov mühüm təşkilati məsələlərə
dair əsas məruzəçi qismində
çıxış etmişdir.
İclasda konkret təkliflər irəli
sürülmüş və müvafiq qərarlar qəbul
olunmuşdur.
Yığıncaq
çərçivəsində Hindistanın dövlət
naziri V.Narayanasami, bu ölkənin əsas antikorrupsiya
orqanı olan Mərkəzi Sayıqlıq Komissiyanın sədri
P.Kumar, bir sıra digər dövlətlərin ədliyyə,
prokurorluq və s. hüquq-mühafizə orqanlarının rəhbərləri
ilə işgüzar görüşlər
keçirilmişdir.
Görüşlərdə
ölkəmizdə qətiyyətlə həyata keçirilən
antikorrupsiya tədbirləri barədə ətraflı məlumat
verilmiş, əməkdaşlığa dair faydalı fikir və
təcrübə mübadiləsi aparılmışdır.
Çinin
baş prokuroru, IAACA-nın prezidenti Ç.Cianminq ilə
görüşdə iki ölkə arasında əlaqələrin
ardıcıl inkişafı, hüquqi əməkdaşlığın
genişləndirilməsi vurğulanmışdır.
Çinin
baş prokuroru dövlətimizin korrupsiya ilə mübarizəyə,
bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığa
mühüm əhəmiyyət verməsini yüksək qiymətləndirərək
Azərbaycanın IAACA-nın inkişafına göstərdiyi
dəstəyi və dəyərli töhfələrini
xüsusi qeyd etmişdir.
Həmçinin
Çinin baş prokurorunun yaxın günlərdə ölkəmizə
gözlənilən səfəri ilə bağlı məsələlər
müzakirə olunmuşdur.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 6.