Nazir vətəndaşları dinlədi
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov cənub bölgəsinin əhatə etdiyi Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının vətəndaşları ilə görüşüb. Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən görüşdə nazir tədbirə toplaşanların şikayət və təkliflərini dinləyib.
Görüşdə nazirlə birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri də iştirak edib və cənub bölgəsinin 50-dən çox vətəndaşının müraciətinə baxıb.
Tədbirdə ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı şikayət və təkliflər dinlənilib. Nəticədə vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb. Şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb.
Burada eyni zamanda bəzi şəxslər tərəfindən
şəxsi mahiyyət
daşıyan müraciətlər
edilib. Nazirliyin aidiyyəti qurumlarının
rəhbərlərinə tapşırıqlar
verilib ki, mümkün olacağı
təqdirdə onlara da müvafiq kömək göstərilsin.
Nazirliyin mətbuat xidmətindən
verilən məlumata görə, bu xarakterli görüşlərin
digər regionlarda da təşkil edilməsi nəzərdə
tutulur.
Azərbaycan.- 2013.- 10 aprel.- S. 4.