Əməkdaşlıq
memorandumu imzalanmışdır
Aprelin 9-da Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası və Dövlət Sosial Müdafiə Fondu
arasında əməkdaşlığa dair memorandum
imzalanmışdır.
AzərTAc
xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri
açan akademiyanın rektoru akademik Urxan Ələkbərov
Prezident İlham Əliyevin elm və təhsilin
inkişafına, sosial innovasiyaların geniş tətbiqinə,
sosial xidmət sferasında fəaliyyət göstərən
dövlət qurumlarının fəaliyyətinin şəffaf
və səmərəli olmasına xüsusi önəm
verdiyini vurğulamışdır.
U.Ələkbərov
memorandumun qarşılıqlı əməkdaşlığın
genişlənməsinə, akademiyada təhsil alan, dövlət
idarəçilik sahəsində ixtisaslaşan gənclərin
təcrübi fəaliyyətləri üçün daha bir
imkan əldə olunacağına inamını ifadə
etmişdir.
Daha
sonra çıxış edən Dövlət Sosial Müdafiə
Fondunun sədri Səlim Müslümov əhalinin sosial
müdafiəsinin daim dövlətin diqqət mərkəzində
saxlanıldığını vurğulamış, bu istiqamətdə
uğurlu institusional islahatların təmin edilməsi istiqamətində
görülən işlərdən
danışmışdır.
S.Müslümov
dövlətin sosial sığorta və əmək
pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin
hazırlanması və ümumiyyətlə, bu siyasətin
idarə edilməsində elmi yanaşmanın təmin edilməsi
və təcrübə mübadiləsi sahəsində
Dövlət İdarəçilik Akademiyası ilə əlaqələrin
genişləndirilməsində maraqlı olduqlarını
bildirmişdir.
Sonda əməkdaşlıq memorandumu
imzalanmışdır. Sənədi Urxan Ələkbərov və
Səlim Müslümov imzalamışlar. Əməkdaşlıq
memorandumu tərəflər arasında birgə layihələrin,
konfransların, ixtisasartırma kurslarının və
müzakirələrin keçirilməsi, müxtəlif elmi tədqiqatların
aparılması, analitik materialların hazırlanması və
təcrübi-praktikanı əhatə edir.
Azərbaycan.- 2013.- 10 aprel.- S. 4.