Avropa
Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər
Qrupu Azərbaycan ilə əməkdaşlıqda
maraqlıdır
Bakıda səfərdə olan Avropa
Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər
Qrupuna daxil olan bir neçə
ölkənin səfirləri Milli Məclisdə Azərbaycanın
Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA)
nümayəndə heyətinin üzvləri ilə
görüşmüşlər.
AzərTAc
xəbər verir ki, Azərbaycanın AŞ PA-dakı
nümayəndə heyətinin rəhbəri, Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov
Avropa Şurasının Nazirlər Komitəsinin Demokratiya
üzrə Məruzəçilər Qrupunun fəaliyyətinin
əhəmiyyətindən danışmış və
bildirmişdir ki, inkişaf edən
Azərbaycan ilə işləyən hər bir qurumun obyektiv,
şəffaf və qərəzsiz mövqeyi bizim
üçün çox vacibdir. Azərbaycan qısa
zamanda dünyada və regionda böyük nailiyyətlər əldə
etmişdir. Paytaxt Bakı dünyanın siyasi liderlərinin,
iqtisadiyyatı idarə edənlərin
toplaşdığı beynəlxalq tədbirlərə ev
sahibliyi edir. Bu günlərdə Dünya İqtisadi Forumunun
Bakıda keçirilməsi buna əyani sübutdur.
Bildirilmişdir
ki, Azərbaycanın müxtəlif sahələrdə əlaqələri
daim genişlənir. Lakin, Avropa Şurasının
tamhüquqlu üzvü olan Azərbaycanın
torpaqlarının bu beynəlxalq təşkilatın digər
üzvü Ermənistan tərəfindən işğal
olunması, bu inkişafa ciddi mane olur və eyni zamanda
bütöv bir regionda təhlükəsizliyə ciddi təhdiddir.
Biz bu məsələdə Avropa Şurası Nazirlər Komitəsinin
beynəlxalq hüququn aliliyinin təmin etməsini istəyirik.
Bu istiqamətdə də əməkdaşlığa
hazırıq.
Polşanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir xanım Urszula Gaçek demişdir ki, Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupu Azərbaycan ilə əlaqələrin inkişafında və faydalı qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Nümayəndə heyətinin Bakıya səfərinin məqsədi Azərbaycandakı proseslərlə daha yaxından tanış olmaqdır. Səfirlər səfər çərçivəsində Bakıda bir neçə görüş keçirəcək və müzakirələr aparacaqlar. İnanırıq ki, Azərbaycan tərəfi ilə səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir.
Sonra
görüşdə Azərbaycan ilə Avropa Şurası
arasında əlaqələrin inkişaf perspektivləri və
digər məsələlər ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 6.