Günter ETTINGER: Azərbaycan və
Türkmənistan qazının Avropaya yolunu açmaq
lazımdır
Energetika məsələləri
üzrə Avropa komissarı Günter Ettinger
Avropanın Rusiyanın qaz təchizatından
asılılığını azaltmağın zəruri olduğunu hesab edir. O, bunu Almaniyanın Hannover şəhərində
(Aşağı Saksoniya Federal
Əyaləti) AFR-in bərpa olunan enerji mənbələrinə
keçməsinə həsr olunmuş forumda bəyan etmişdir.
G.Ettinger
demişdir: "Biz rusiyalıları "mavi
yanacağı" bütün dünyada topdan satan rolunda
deyil, Rusiya qazının təchizatçıları rolunda
görmək istəyirik". Ettingerin fikrincə, bu
asılılığı azaltmaq üçün cənub dəhlizini
- Azərbaycan və Türkmənistan qazının Avropaya
yolunu açmaq lazımdır.
Forum aprelin 8-də
açılmış dünyanın ən iri sənaye sərgilərindən
biri olan Hannover yarmarkası çərçivəsində
keçirilmişdir.
Nigar HÜSEYNOVA,
AzərTAc-ın xüsusi müxbiri
Riqa
Azərbaycan.- 2013.- 11 aprel.- S. 6.