Azərbaycan
Prezidenti İlham Əliyev Slovakiyanın Baş nazirinin
müavini, xarici və Avropa işləri nazirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 11-də Slovakiya Respublikasının
Baş nazirinin müavini, xarici və Avropa işləri naziri
Miroslav Layçakın başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Azərbaycanda
bir neçə dəfə səfərdə olduğunu
vurğulayan Slovakiya Baş nazirinin müavini, xarici və
Avropa işləri naziri Miroslav Layçak ötən dövr ərzində
ölkəmizdə gedən çox böyük inkişaf
proseslərinin şahidi olduğunu dedi. Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutu məzunlarının
Bakıda keçiriləcək I Ümumdünya Forumunun
önəmini qeyd edən qonaq bu tədbirin keçirilməsi
münasibətilə dövlətimizin
başçısını təbrik etdi.
Dövlətimizin
başçısı Miroslav Layçakın Azərbaycana
vaxtaşırı səfərlərini ölkələrimiz
arasında mövcud olan ikitərəfli münasibətlərin
yaxşı göstəricisi kimi dəyərləndirdi. Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının
Bakıda keçiriləcək I Ümumdünya Forumuna toxunan
Prezident İlham Əliyev tədbirin uğurlu olacağına
və forumun ənənəvi xarakter alacağına əminliyini
bildirdi.
Görüşdə
Azərbaycan ilə Slovakiya arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə daha
da genişləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2013.- 12 aprel.- 1.