Ailə, qadın və uşaq
problemlərinin həlli sahəsində Azərbaycan və Kanada əməkdaşlığının
perspektivləri müzakirə olunmuşdur
Aprelin
4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsində (AQUPDK) Bakıda səfərdə
olan Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun
nümayəndə heyəti ilə görüş
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, görüşdə ailə, qadın və
uşaq problemlərinin həlli sahəsində Azərbaycan və
Kanada əməkdaşlığının perspektivləri
müzakirə olunmuşdur.
Rəhbərlik
etdiyi qurumun fəaliyyəti barədə məlumat verən
AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycan dövlətinin
siyasətində ailə, qadın, uşaq problemlərinin həllinin
prioritet istiqamətlərdən biri olduğunu söyləmişdir.
Azərbaycanda
məqsədyönlü gender siyasətinin
aparıldığını vurğulayan H.Hüseynova Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın qadınların sosial rolunun daha da
artırılmasına, onların müxtəlif sahələrdə
bərabərhüquqlu fəaliyyət imkanlarının
genişləndirilməsinə, uşaq hüquqlarının
tam həcmdə həyata keçirilməsinə və ailə
dəyərlərinin möhkəmləndirilməsinə
yönəlmiş fəaliyyətini xüsusi
vurğulamışdır.
AQUPDK
sədri müvafiq istiqamətlər üzrə xarici ölkələr,
o cümlədən Kanada ilə əməkdaşlığın
inkişafının xüsusi əhəmiyyətini qeyd
etmişdir.
Kanada-Azərbaycan
parlamentlərarası dostluq qrupunun sədri Barri Devolin
AQUPDK-nın fəaliyyətini və Azərbaycanda
reallaşdırılan dövlət qadın siyasətini
yüksək qiymətləndirmişdir.
Azərbaycan.-2013.- 5 aprel.- S.5.