Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin federal müşaviri və
iqtisadi məsələlər, təhsil və
tədqiqatlar nazirinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də İsveçrə Konfederasiyasının federal müşaviri və iqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder-Ammanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İsveçrəli nazir Yohan Şnayder-Amman böyük nümayəndə heyəti ilə respublikamıza səfər etməsini ölkəsinin Azərbaycan ilə əməkdaşlığa olan marağının ifadəsi kimi dəyərləndirdi. O, ölkələrimiz arasında uzun illər mövcud olan qarşılıqlı əlaqələrin intensiv şəkildə davam etdiyini vurğuladı. Enerji və qeyri-energetika sektorunda qarşılıqlı sərmayə qoyuluşuna toxunan isveçrəli nazir bu sahədə əməkdaşlığın ölkələrimiz arasında digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.
Dövlət
başçısı Azərbaycan ilə İsveçrə
arasında ikitərəfli əlaqələrin bütün
istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi,
enerji, qarşılıqlı sərmayə qoyuluşu və
digər sahələrdə uğurla inkişaf etdiyini
vurğuladı. Prezident İlham Əliyev əlaqələrimizin
genişləndirilməsində yüksək səviyyəli
qarşılıqlı səfərlərin önəmini qeyd
etdi. Ölkələrimiz arasında yaxşı əməkdaşlıq
əlaqələrinin mövcud olduğunu vurğulayan dövlət
başçısı qarşılıqlı sərmayə
qoyuluşu, birgə layihələrin həyata keçirilməsi
istiqamətində də yaxşı nəticələrin
olduğunu qeyd etdi. Prezident İlham Əliyev İsveçrə
Konfederasiyasının federal müşaviri və iqtisadi məsələlər,
təhsil və tədqiqatlar naziri Yohan Şnayder-Ammanın
ölkəmizə səfərinin uğurlu olacağına
ümidvar olduğunu bildirdi.
AzərTAc
Azərbaycan.-2013.- 13 aprel.- S.3.