«Azərbaycan Respublikasından gələn
təbii qazın Türkiyə Respublikasının ərazisi
vasitəsi ilə tranziti haqqında və
təbii qazın Türkiyə Respublikasının ərazisindən
nəql edilməsi üçün
müstəqil boru kəmərinin
inşasına dair Azərbaycan
Respublikasının hökuməti və
Türkiyə Respublikasının hökuməti arasında» Anlaşma Memorandumunun təsdiq
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikasından gələn təbii
qazın Türkiyə Respublikasının ərazisi vasitəsi
ilə tranziti haqqında və təbii qazın Türkiyə
Respublikasının ərazisindən nəql edilməsi
üçün müstəqil boru kəmərinin
inşasına dair Azərbaycan Respublikasının hökuməti
və Türkiyə Respublikasının hökuməti
arasında" 2011-ci il dekabrın 24-də Ankara şəhərində
imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 fevral
2013-cü il
Azərbaycan.-2013.- 13 aprel.- S.3.