İran İslam
Respublikasının Prezidenti zati-aliləri
cənab Mahmud Əhmədinejada
Hörmətli
cənab Prezident!
Buşəhr
vilayətində baş vermiş güclü zəlzələ
nəticəsində çoxsaylı insan tələfatı və
dağıntılar barədə xəbər bizi son dərəcə
sarsıtdı.
Bu
faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxınlarına, qardaş İran xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verir, onlara səbr,
yaralananlar və xəsarət alanlara şəfa diləyir,
dağıntıların nəticələrinin tezliklə
aradan qaldırılmasını arzulayıram.
Allah
rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 aprel 2013-cü il
Azərbaycan.-2013.- 13 aprel.- S.3.