Nikolay LEBEDEV: Azərbaycan xalqına və
onun möhkəm siyasi
iradəyə malik,
mübariz və qətiyyətli hakimiyyətinə uğurlar
arzulayıram
Azərbaycan
xalqına və onun möhkəm siyasi iradəyə malik,
mübariz və qətiyyətli hakimiyyətinə uğurlar
arzulayıram. AzərTAc xəbər verir ki, bu sözləri
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun (MDBMİ) sabiq rektoru Nikolay Lebedev jurnalistlərə
demişdir.
N.Lebedev
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutu məzunlarının I Ümumdünya Forumunun təşkilinə
görə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan
xalqının və universitetimizin fəxri olan İlham Əliyevə
təşəkkürünü bildirmişdir.
Belə
bir mötəbər tədbirə dəvət olunduğuna
görə məmnunluğunu bildirən N.Lebedev
vurğulamışdır ki, Azərbaycan hər zaman məndə
dostluq hisslərini oyadır. Azərbaycanın inkişafı
hər zaman bizləri sevindirir. Bakının sürətlə
inkişaf edən dinamik şəhər olduğunu qeyd edən
N.Lebedev demişdir: "Bu şəhərin gözəlliyinə
heyran olmamaq mümkün deyildir".
Azərbaycan.-2013.- 13 aprel.- S.7.