Yan KUBİŞ: Bakıda keçirilən
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutu məzunlarının I Ümumdünya Forumu
çərçivəsində mühüm məsələlər
müzakirə edilmişdir
Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumu çərçivəsində mühüm məsələlər müzakirə edilmişdir. AzərTAc xəbər verir ki, bu sözləri BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, təşkilatın Əfqanıstandakı missiyasının rəhbəri Yan Kubiş jurnalistlərə demişdir.
Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Y.Kubiş Azərbaycan ilə əməkdaşlığa hər zaman hazır olduğunu demişdir. Ümumdünya forumunda həlli vacib olan bir çox məsələlərin əksini tapdığını qeyd edən qonaq bu tədbir çərçivəsində biznes və ya digər sahələr üzrə mütəxəssislərin özlərinə dəyərli tərəfdaşlar əldə edəcəklərinə əminliyini bildirmişdir.
Forumda
Əfqanıstanın şəraiti ilə bağlı, onun
yenidən qurulması istiqamətində mühüm
müzakirələrin aparıldığını deyən Y.Kubiş bu ölkədə
aparılacaq tikinti işlərinə və maliyyə məsələlərinə
dəstək olacaq şəxslərin
tapıldığını da bildirmişdir.
Azərbaycan.-2013.- 13 aprel.- S.7.