Nquen Fionq NQA: Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutu məzunlarının I Ümumdünya Forumu çərçivəsində
Bakıya bir çox nüfuzlu nümayəndələr gəlmişdir
Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
(MDBMİ) məzunlarının I Ümumdünya Forumu çərçivəsində
Bakıya bir çox nüfuzlu nümayəndələr gəlmişdir.
AzərTAc
xəbər verir ki, bu sözləri Vyetnamın xarici işlər
nazirinin müavini xanım Nquen Fionq Nqa demişdir.
Forumun
yüksək səviyyədə təşkilinə görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
minnətdarlığını bildirən vyetnamlı qonaq
MDBMİ-nin "Beynəlxalq jurnalistika" fakültəsinin
məzunu olduğunu və bununla fəxr etdiyini demişdir.
Bakıya
ilk dəfə səfər etdiyini bildirən nazir müavini
vurğulamışdır ki, Azərbaycan xalqının qonaqpərvərliyi
və istiqanlılığı məni valeh etmişdir.
N.Nqa
Azərbaycanda son illərdə iqtisadiyyatın bir çox sahələrində
həyata keçirilmiş uğurlu layihələri yüksək
qiymətləndirmişdir.
Azərbaycan.-2013.- 13 aprel.- S.7.