Mərkəzi Seçki Komissiyasının iclasında bir sıra qərarlar qəbul edilmişdir

 

Aprelin 11-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

MSK-dan AzərTAc-a bildirmişlər ki, əvvəlcə Komissiyanın aprelin 2-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.

Sonra seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğunlaşdırılması barədə qərar qəbul edilmişdir.

Komissiya 16/61 nömrəli 3 avqust 2010-cu il tarixli qərarına da dəyişiklik etmişdir.

İclasda Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər barədə qərarlar çıxarılmışdır.

MSK 104 nömrəli Gədəbəy-Tovuz və 121 nömrəli Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

Komissiyanın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.

 

 

Azərbaycan.- 2013.- 12 aprel.- S. 6.