«Bələdiyyə
seçkilərinin hazırlanmasına və keçirilməsinə
dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin
seçki komissiyaları arasında
bölüşdürülməsi, göstərilən vəsaitlərdən
təyinatı üzrə istifadəyə nəzarət edilməsi
qaydaları haqqında Təlimat»a dəyişikliklər edilməsinə
dair Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 3/13
"Azərbaycan
Respublikasının Seçki Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının 18
iyun 2010-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası
Seçki Məcəlləsinin bəzi müddəalarına
dəyişikliklər edilmişdir. Bununla əlaqədar Mərkəzi
Seçki Komissiyasının qüvvədə olan müvafiq
normativ xarakterli aktları həmin Qanuna
uyğunlaşdırılmalı və Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinə göndərilməlidir.
Mərkəzi
Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas
götürərək, "Normativ hüquqi aktlar
haqqında" Azərbaycan Respublikasının Konstitusiya
Qanununun 75.1-ci və 75.2-ci maddələrinə, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə və
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 9 dekabr 2011-ci il tarixli 15/50 nömrəli Qərarı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası tərəfindən normativ xarakterli
aktların hazırlanması və qəbul edilməsi
Qaydaları"nın 3.4-cü bəndinə uyğun olaraq qərara
alır:
1. Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 24
iyun 2006-cı il tarixli 30/122 saylı Qərarı ilə təsdiq
edilmiş "Bələdiyyə seçkilərinin
hazırlanmasına və keçirilməsinə dövlət
büdcəsindən ayrılan maliyyə vəsaitlərinin
seçki komissiyaları arasında
bölüşdürülməsi, göstərilən vəsaitlərdən
təyinatı üzrə istifadəyə nəzarət edilməsi
qaydaları haqqında Təlimat"a aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1-ci hissəyə
aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Bələdiyyə
seçkilərinin hazırlanmasına və keçirilməsinə
dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin
seçki komissiyaları arasında bölüşdürülməsi,
göstərilən vəsaitlərdən təyinatı
üzrə istifadəyə nəzarət edilməsi
qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsi
(bundan sonra Seçki Məcəlləsi), "Büdcə
sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu və
bu Təlimatla tənzimlənir".
1.2. 3-cü, 4-cü, 8-ci və 9-cu hissələr
çıxarılsın.
2. Təlimat
edilmiş dəyişikliklərlə birlikdə Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi üçün qanunla müəyyən
edilmiş müddətdə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinə göndərilsin.
Sədr
Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.- 2013.- 12 aprel.- S. 6.