«Bələdiyyə
seçkilərində seçki fondlarına daxil olmuş pul
vəsaitlərinin geri qaytarılması qaydaları
haqqında Təlimat»a dəyişikliklər edilməsinə
dair Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 3/14
"Azərbaycan
Respublikasının Seçki Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının 18
iyun 2010-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası
Seçki Məcəlləsinin bəzi müddəalarına
dəyişikliklər edilmişdir. Bununla əlaqədar Mərkəzi
Seçki Komissiyasının qüvvədə olan müvafiq
normativ xarakterli aktları həmin qanuna
uyğunlaşdırılmalı və Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinə göndərilməlidir.
Mərkəzi
Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas
götürərək, "Normativ hüquqi aktlar
haqqında" Azərbaycan Respublikasının Konstitusiya
Qanununun 75.1-ci və 75.2-ci maddələrinə, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə və
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 9 dekabr 2011-ci il tarixli 15/50 nömrəli Qərarı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası tərəfindən normativ xarakterli
aktların hazırlanması və qəbul edilməsi
Qaydaları"nın 3.4-cü bəndinə uyğun olaraq qərara
alır:
1. Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 24
avqust 2009-cu il tarixli 23-6 saylı Qərarı ilə təsdiq
edilmiş "Bələdiyyə seçkilərində
seçki fondlarına daxil olmuş pul vəsaitlərinin geri
qaytarılması qaydaları haqqında Təlimat"a
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
1-ci hissədən "229" rəqəmi
çıxarılsın.
1.2. 8-ci hissə aşağıdakı
redaksiyada verilsin:
"Seçki
Məcəlləsinin 230-cu maddəsində və bu təlimatın
5-ci bəndində nəzərdə tutulmayan qeydə
alınmış namizəd yekun maliyyə hesabatının
verilməsi ilə yanaşı, müvafiq vəsaitin
qaytarılmasını da öz üzərinə
götürürsə, bələdiyyə büdcəsinin
geri qaytarılası vəsaitini səsvermə günündən
başlayaraq 6 ay müddətində müvafiq bələdiyyənin
hesabına qaytara bilər".
1.3. 9-cu hissədə "Məcəllə"
sözü "Seçki Məcəlləsi" sözləri,
"vəsaitlərin" sözü isə "vəsaitinin"
sözü ilə əvəz edilsin, "Mərkəzi
Seçki Komissiyası, ictimai", "dövlət və"
sözləri çıxarılsın.
2. Təlimat edilmiş dəyişikliklərlə birlikdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin.
Sədr
Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.- 2013.- 12 aprel.- S. 6.