Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının bəzi
normativ xarakterli aktlarına dəyişikliklər edilməsi
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 3/15
"Azərbaycan
Respublikasının Seçki Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının 18
iyun 2010-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası
Seçki Məcəlləsinin bəzi müddəalarına
dəyişikliklər edilmişdir.
Eyni
zamanda, Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2011-ci il
tarixli 1803 nömrəli sərəncamına əsasən Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində
fəaliyyət göstərən "Seçkilər"
İnformasiya Mərkəzi Komissiya Katibliyinin tərkibinə
daxil edilmiş və həmin sərəncamın icrası məqsədi
ilə Mərkəzi Seçki Komissiyası 23 dekabr 2011-ci il
tarixli 17/54 saylı qərarı ilə Mərkəzi
Seçki Komissiyası Katibliyinin struktur və ştat vahidlərində
dəyişikliklər etmişdir.
Bununla
əlaqədar Mərkəzi Seçki Komissiyasının
qüvvədə olan müvafiq normativ xarakterli aktları həmin
aktlara uyğunlaşdırılmalı və Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinə göndərilməlidir.
"Normativ
hüquqi aktlar haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununun 75.1-ci və 75.2-ci maddələrinə,
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə
və Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 9 dekabr 2011-ci il tarixli 15/50 nömrəli Qərarı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası tərəfindən normativ xarakterli
aktların hazırlanması və qəbul edilməsi
Qaydaları"nın 3.4-cü bəndinə uyğun olaraq qərara
alır:
1. "Bələdiyyə
seçkilərində seçki fondlarına vəsaitin daxil
olması, xərclənməsi uçotunun aparılması və
hesabatı qaydaları haqqında Təlimat"ın 1.5-ci bəndində
"1200" rəqəmi "1250" rəqəmi ilə əvəz
edilsin.
2.
"Azərbaycan Respublikasında keçirilən seçkilərdə
(referendumda) səsvermə üçün
qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin
seçicilərə verilməsi qaydası haqqında Təlimat"ın
11-ci hissəsinin 2-ci cümləsində "Seçkilər"
sözü "Katibliyinin" sözü ilə əvəz
edilsin.
3. Təlimatlar
edilmiş dəyişikliklərlə birlikdə Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi üçün qanunla müəyyən edilmiş
müddətdə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinə göndərilsin.
Sədr
Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.- 2013.- 12 aprel.- S. 6.