Mədəniyyət və Turizm
Nazirliyində Rusiya Federasiyasının mədəniyyət naziri ilə
örüş olmuşdur
Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyində Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının
Birinci Ümumdünya Forumunda iştirak etmək
üçün ölkəmizə gəlmiş, Rusiya
Federasiyasının (RF) mədəniyyət naziri Vladimir
Medinski ilə görüş olmuşdur.
AzərTAc
xəbər verir ki, Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev qonağı səmimi
salamlamış, ona ölkənin mədəni həyatı
haqqında məlumat vermişdir. Xüsusilə qeyd
olunmuşdur ki, son illər ölkədə bir çox beynəlxalq
mədəniyyət tədbirləri keçirilir.
Ə.Qarayev demişdir ki, Rusiyanın mədəniyyət müəssisələri ilə birbaşa sıx əlaqələrimiz yaranmışdır. Təcrübə bu cür əlaqələrin böyük fayda gətirdiyini göstərir. Son illər Azərbaycan Dövlət Rus Dram Teatrında Moskva teatrlarının qastrolları ənənəyə çevrilmişdir. Mayın 8-9-da burada Malı Teatrın qastrolları keçiriləcəkdir.
Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski qeyd etmişdir ki, Bakıya Prezident İlham Əliyevin dəvəti ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Birinci Ümumdünya Forumunda iştirak etmək üçün gəlmişdir.
Rusiyalı nazir bu görüşün təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
V.Medinski
qeyd etmişdir ki, Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının
bir çoxu müxtəlif ölkələrin xarici işlər
nazirliklərində işləyir. Onların birbaşa
ünsiyyəti, şübhəsiz ki, ölkələr
arasında əlaqələrin
daha da möhkəmlənməsinə,
qarşılıqlı anlaşmaya
kömək edəcəkdir. Rusiya ilə Azərbaycan arasında mədəniyyət
əlaqələrindən danışan RF-nin mədəniyyət naziri
vurğulamışdır ki, hazırda bu əlaqələr
yüksək səviyyədədir və müvəffəqiyyətlə
inkişaf edir.
Azərbaycan.-2013.- 13 aprel.- S.9.