Riçard STİRLİNQ: Azərbaycan incəsənətinin
zənginliyi məni valeh etdi
Bu sözləri Londonda Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyevin "Mənim sevimli dəlim" pyesi əsasında eyniadlı tamaşada rol alan aktyor Riçard Stirlinq AzərTAc-a müsahibəsində demişdir.
Bildirmişdir ki, tamaşada rol almazdan əvvəl həm əsərin müəllifi, həm də Azərbaycan incəsənəti haqqında araşdırmalar aparmışdır. Azərbaycanın qədim və zəngin incəsənəti aktyora xoş təsir bağışlamışdır. Böyük məharətlə yazılmış pyesi canlandırmaqdan məmnunluq duyduğunu ifadə edən aktyor ölkəmizin incəsənətinin beynəlxalq aləmdə xüsusi yerinin olduğunu vurğulamışdır.
Orxan İSMAYILOV,
AzərTAc-ın xüsusi müxbiri
London
Azərbaycan.-2013.- 13 aprel.- S.11.