Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi»ndə dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ni "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 443-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə  qərara alır:

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 107; 1999, ¹ 5, maddə 284; 2000, ¹ 6, maddə 380, ¹ 12, maddələr 832, 834; 2003, ¹ 2, maddə 77; 2004, ¹ 5, maddə 314; 2006, ¹ 1, maddə 3, ¹ 5, maddə 396, ¹ 12, maddə 1005; 2007, ¹ 8, maddə 755, ¹ 11, maddələr 1049, 1081; 2009, ¹ 6,  maddə 395; 2010, ¹ 3, maddə 171) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nin 21-1-ci maddəsinin adından ", İnformasiya Məsələləri üzrə müvəkkilin hesabatı" sözləri çıxarılsın və həmin maddənin altıncı hissəsi ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2013-cü il

 

Azərbaycan.-2013.- 14 aprel.- S.1.