«Diplomatik xidmət
haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini
rəhbər tutaraq qərara
alır:
"Diplomatik
xidmət haqqında" Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001, ¹ 9, maddə 567; 2002, ¹ 12, maddə 703; 2004, ¹ 6, maddə
414; 2005, ¹ 10, maddə 873; 2008, ¹ 3, maddə 155; 2009, ¹ 6, maddə
399; 2011, ¹ 2, maddə 71) aşağıdakı dəyişikliklər
edilsin:
1. 6.3.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"6.3.2. səfir müavini, daimi
nümayəndənin müavini, baş konsul;";
2. 6.3.3-cü maddədən ",
daimi nümayəndənin müavini" sözləri
çıxarılsın;
3. 13.4-cü maddə üzrə:
3.1.
maddəyə aşağıdakı məzmunda ikinci cümlə
əlavə edilsin:
"Səfir
müavini, daimi nümayəndənin müavini və ya
baş konsul təyin edilmiş şəxsin xaricdə fasiləsiz
iş müddəti dörd ildir.";
3.2.
üçüncü cümlədə "müddət"
sözü "müddətlər" sözü ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 aprel
2013-cü il
Azərbaycan.-2013.- 14 aprel.- S.2.