«Normativ hüquqi aktlar haqqında» Azərbaycan
Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli
384 nömrəli fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 88) aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:
"5.
Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin
istifadəsini nəzərdə tutan hüquqi aktların layihələri
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə
ekspertizasının rəyi əlavə edilməklə Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 aprel 2013-cü il
Azərbaycan.-2013.- 14 aprel.- S.1.