2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış «NeftQaz üzrə Hökumətlərarası Şuranın ləğv edilməsi haqqında Protokol»un təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış "Neft və Qaz üzrə Hökumətlərarası Şuranın ləğv edilməsi haqqında Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən protokolun həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.

 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 14 aprel.- S.2.