Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı ilə təsdiq
edilmiş «İnzibati
xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı»nda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 872; 2008, ¹ 3, maddələr 169, 186, ¹ 5, maddə 364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə 1057; 2009, ¹ 2, maddələr 59, 69, 73, ¹ 5, maddə 321, ¹ 6, maddə 421; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 184, 193, ¹ 6, maddə 494, ¹ 7, maddə 606, ¹ 8, maddələr 716, 725, ¹ 10, maddə 849; 2011, ¹ 6, maddə 512, ¹ 9, maddə 792; 2012, ¹ 3, maddə 200, ¹ 5, maddə 421, ¹ 10, maddə 951, ¹ 11, maddə 1117, ¹ 12, maddə 1238; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 814 nömrəli fərmanı) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 5.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
"5.1.
Məcəllənin 222.1-ci, 222.2-ci, 246-cı, 247-ci, 248-ci,
249-cu və 325-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə -
vergilər naziri, onun müavinləri, nazirliyin
aparatının rəhbəri, onun müavinləri, Vergilər
Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi,
onun müavinləri, Vergilər Nazirliyi yanında Vergi Auditi
Departamentinin rəisi, onun müavinləri, Vergilər Nazirliyi
yanında Vergi Cinayətlərinin İbtidai
Araşdırılması Departamentinin rəisi, onun müavinləri,
Bakı Şəhəri Vergilər Departamentinin rəisi, onun
müavinləri, ərazi vergilər idarələrinin rəisləri,
onların müavinləri, rayon vergilər şöbələrinin
rəisləri, onların müavinləri, Naxçıvan
Muxtar Respublikasının vergilər naziri, onun müavini,
Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi
aparatının rəhbəri, onun müavini, Naxçıvan
Muxtar Respublikası Vergilər Nazirliyinin Naxçıvan Şəhər
Vergilər İdarəsinin rəisi, onun müavini,
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon
vergilər şöbələrinin rəisləri, onların
müavinləri.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 aprel
2013-cü il
Azərbaycan.-2013.- 14 aprel.- S.3.