İsrail Dövlətinin
Prezidenti zati-aliləri cənab Şimon Peresə
Hörmətli
cənab Prezident!
İsrail
Dövlətinin milli bayramı - Müstəqillik günü
münasibətilə Sizi və xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Ümidvaram
ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq
münasibətləri bundan sonra daha da inkişaf edərək
xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir, dost
xalqınıza sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 9 aprel 2013-cü il
Azərbaycan.-2013.- 14 aprel.- S.1.