Füzuli rayon qadınlarının
konfransı keçirilmişdir
Azərbaycan qadınlarının IV qurultayına hazırlıq çərçivəsində Füzuli rayon qadınlarının konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsi önünə tər çiçək dəstələri düzmüş, xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Horadiz şəhərindəki Muğam Mərkəzində keçirilən konfransda dövlət qadın siyasətinin həyata keçirilməsi barədə məruzə dinlənilmiş, çıxışlar olmuşdur.
Natiqlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasətindən, ötən konfransdan keçən dövr ərzində görülən işlərdən danışmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Konfransda Milli Məclis Sədrinin müavini Bahar Muradova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından, qadınların qarşısında duram vəzifələrdən danışmışdır.
Sonda
Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr
seçilmişdir.
Azərbaycan.-2013.- 14 aprel.- S.3.