Azərbaycan Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna
səfəri
Aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda səfərdə olmuşdur.
Dövlət
başçısı əvvəlcə Hacıqabul şəhərində
ulu öndər Heydər Əliyevin abidəsi önünə
gül dəstəsi qoydu.
* * *
Sonra
Prezident İlham Əliyev yenidən qurulan Heydər Əliyev Mərkəzi
ilə tanış oldu. Bildirildi ki, burada ulu öndərin
müxtəlif vaxtlarda Hacıqabula səfərlərini, rayon
sakinləri ilə görüşlərini əks etdirən
maraqlı fotolar toplanmışdır. Bundan başqa, Mərkəzdə
gənclərin ilkin sənət vərdişlərinə yiyələnmələri
üçün müxtəlif dərnəklər fəaliyyət
göstərəcəkdir.
* * *
Sonra
dövlət başçısı İlham Əliyev
Hacıqabulun mərkəzindəki Heydər Əliyev
parkını gəzdi. Rayon icra hakimiyyətinin
başçısı Əhməd Muxtarov Azərbaycan
Prezidentinə məlumat verdi ki, 2011-ci ilin sentyabrından parkda
yenidənqurma işlərinə
başlanılmışdır.
* * *
Hacıqabula
səfəri çərçivəsində Prezident İlham
Əliyev rayonun Rəncbər-Qubalı Baloğlan-"Pir
Hüseyn" Xanəgahı avtomobil yolunun
açılış mərasimində iştirak etdi.
Dövlət
başçısına yolun parametrləri, respublika əhəmiyyətli
digər yollarda aparılan işlər,
Hacıqabul-Paşalı-Tağılı avtomobil yolu barədə
məlumat verildi.
Prezident
İlham Əliyev kənd sakinləri ilə
görüşdü. Təzə çəkilən yolun əhəmiyyətindən
danışan dövlət başçısı yolların
hər bir yaşayış məntəqəsi
üçün önəmini vurğuladı.
Kənd
sakini Qənimə İsrafilova göstərdiyi diqqət və
qayğıya görə sakinlər adından dövlət
başçısına minnətdarlığını
bildirdi.
Sonda
xatirə şəkli çəkdirildi.
* * *
Sonra
Prezident İlham Əliyev Kür-Bakı su kəmərindən
Hacıqabul şəhərinə içməli suyun gətirilməsi
mərasimində iştirak etdi.
Dövlət
başçısı Hacıqabul şəhərinin su təchizatı
planı və Şirvan-Muğan su kəmərinin texniki
göstəricilərini əks etdirən stendlərə
baxdı.
Prezident
İlham Əliyev şəhərə içməli suyun
verilməsini bildirən düyməni basdı.
Dövlət
başçısı Hacıqabul rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
* * *
Azərbaycan
Prezidenti İlham Əliyev Hacıqabula səfəri çərçivəsində
Daxili Qoşunların "N" saylı hərbi hissəsində
aparılan yenidənqurma işləri ilə tanış oldu.
Dövlət
başçısı hərbi şəhərciyin ərazisini
gəzdi, yenidən qurulan 70 mənzilli zabit yataqxanasına
baxdı.
* * *
Daha
sonra Prezident İlham Əliyev Hacıqabulda Gilan Seramik Parkında
seramik plitələr istehsalı zavodunun
açılışında da iştirak etdi.
Müəssisə
ilə tanış olan dövlət başçısına
Gilan Seramik Parkında inşa ediləcək daha bir istehsal sahəsi
- yeni keramaqranit zavodu barədə məlumat verildi.
Dövlət
başçısı gilizi zavodun təməlinə
buraxdı, beton qarışığı tökən
qurğunu işə saldı.
Prezident
İlham Əliyev daha sonra müəssisədə
yaradılmış sərgi salonu ilə tanış oldu. Salonda
zavodda istehsal olunan və olunacaq məmulatların nümunələri
nümayiş etdirilir (Səfərdən geniş hesabat qəzetin
növbəti nömrəsində dərc olunacaqdır).
AzərTAc
Azərbaycan.-2013.- 16 aprel.- S.4.