Danimarkanın Kraliçası Ülyahəzrət
II Marqreteyə
Ülyahəzrət!
Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan ilə Danimarka arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, dost Danimarka xalqına daim əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 9 aprel 2013-cü il
Azərbaycan.-2013.- 16 aprel.- S.4.