«Azərbaycan Respublikası və Argentina Respublikası arasında vergi məlumatlarının mübadiləsi
haqqında» sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Azərbaycan
Respublikası və Argentina Respublikası arasında vergi məlumatlarının
mübadiləsi haqqında" 2012-ci il dekabrın 17-də
Bakı şəhərində imzalanmış saziş təsdiq
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 fevral
2013-cü il
Azərbaycan.-2013.- 16 aprel.- S.4.