İndoneziya Nümayəndələr Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlmişdir

 

İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Marzuki Alienin başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-də Azərbaycana rəsmi səfərə gəlmişdir.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Marzuki Alieni Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

Marzuki Alien hava limanında jurnalistlərə müsahibəsində demişdir ki, ölkənizə səfərimdən məmnunam. Səfərimin məqsədi Azərbaycanın və İndoneziyanın qanunverici orqanları arasında müxtəlif sahələrdə əlaqələrin və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair danışıqlar aparmaqdır.

Marzuki Alien bildirmişdir ki, səfərim Azərbaycan parlamentinin dəvəti ilə ölkənizin nümayəndə heyətinin İndoneziyaya səfərinə cavab olaraq həyata keçirilir. Səfərim, eyni zamanda, iki ölkəni daha da yaxınlaşdırmağa, mövcud əlaqələrin genişlənməsinə xidmət edəcəkdir.

İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Marzuki Alienin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.-2013.- 16 aprel.- S.5.