Mixail ŞVIDKOY: «MDBMİ məzunlarının
Bakıda keçirilmiş Ümumdünya qurultayının
bütün iştirakçıları görüşün
təşkilinə heyran olmuşlar»
Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni
əməkdaşlıq üzrə xüsusi nümayəndəsi
Mixail Şvıdkoy AzərTAc-ın müxbiri ilə
müsahibəsində MDBMİ məzunlarının birinci
Ümumdünya qurultayının yekunlarını şərh
edərək demişdir ki, bütün
iştirakçılar görüşün təşkilinə
heyran olmuşlar. M.Şvıdkoy demişdir: "Mən
MDBMİ-nin məzunlarından biri olan Azərbaycan Prezidenti
İlham Əliyevin təşəbbüsü ilə
keçirilmiş toplanışın
iştirakçıları MDBMİ-nin professoru Yuri Kobaladze ilə,
MDBMİ-nin rektoru Anatoli Torkunovla görüşdüm. Onlar
öz təəssüratlarını bölüşdülər.
Prezident İlham Əliyev onlarla çox vaxt keçirdi və
qonaqlar bunu yüksək qiymətləndirirlər. Bu günlərdə
Bakıda hökm sürən məhəbbət və tələbə
qardaşlığı atmosferi, bir də əlbəttə
ki, şəhərin özü və bu şəhərdə
baş verənlər onlarda çox güclü təəssürat
oyatmışdır".
Azərbaycan.-2013.- 16 aprel.- S.5.