«Rossiyskaya qazeta» MDBMİ məzunlarının Bakı görüşü
haqqında məqalə dərc etmişdir
"Rossiyskaya
qazeta" MDBMİ məzunlarının Bakıda
keçirilmiş görüşü haqqında məqalə
dərc etmişdir. Qəzet yazır ki, görüşün
başlıca ideyası təkcə doğma təhsil
ocağını, Moskvanı və gənclik illərini yad
etmək deyil, həm də ölkələrin tərəqqisi
üçün bizneslə siyasəti sıx birləşdirmək
olmuşdur. Forumun adı da rəmzi xarakter daşıyır:
"Birlikdə gələcəyə doğru".
Müəllif
yazır: "Dünyanın 25 ölkəsinin Bakıda
toplaşmış 400 nəfərdən çox nümayəndəsi
çox mühüm məsələləri -
sivilizasiyaların dəyər oriyentirlərinin,
inkişafının və yaxınlaşmasının əsası
olan təhsil, sabit inkişafa doğru gedən yolda qlobal
iqtisadiyyatın energetika və ekologiya ölçüsü məsələlərini,
habelə mülki təsisatların, hər şeydən əvvəl,
bütün media birliyinin və biznesin beynəlxalq aləmdəki
rolu ilə əlaqədar problemləri müzakirə
etmişdir".
Müəllifin
fikrincə, foruma gəlmiş bir çox qonaqlar mühüm
dövlət vəzifələrində
çalışırlar və bu, görüşə
xüsusi əhəmiyyət verirdi. Onların arasında Rusiya
Federasiyasının mədəniyyət naziri Vladimir Medinski və
Rusiya Prezidentinin MDB işləri üzrə xüsusi nümayəndəsi,
MDBMİ Himayədarlıq şurasının üzvü və
Rossotrudniçestvonun rəhbəri Konstantin Kosaçev,
Ukrayna Baş nazirinin müavini Konstantin Qrişşenko,
Slovakiya Baş nazirinin müavini və xarici işlər naziri
Miroslav Layçak, Moldovanın xarici işlər və Avropa
inteqrasiyası naziri Yuri Lyanke, Qırğızıstanın
xarici işlər naziri Erlan Abdıldayev, BMT Baş katibinin Əfqanıstandakı
xüsusi nümayəndəsi Yan Kubiş və
başqaları vardır.
Qəzet
yazır: "Bakı forumu universitetin 1982-ci il məzunu,
ömrünün 15 ilini tələbə, sonra isə müəllim
kimi bu ali məktəbə həsr etmiş Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü və
dəstəyi ilə təşkil edilmişdir. Azərbaycan Prezidenti təbrik
nitqində demişdir: "Bu atmosfer MDBMİ atmosferini
xatırladır. Biz onu yaxşı xatırlayırıq və
heç vaxt unutmayacağıq. MDBMİ-də
aldığım təhsil mənə bu gün də kömək
edir. Ali məktəbin ənənələri ailəmizə də
keçmişdir. Sevinirəm ki, qızım Leyla MDBMİ-də
təhsil almışdır".
Heydər
Əliyev Fondunun vitse-prezidenti, Azərbaycanın MDBMİ Məzunları
Assosiasiyasının sədri Leyla Əliyeva birinci paneldə
"Sabit inkişafa doğru gedən yolda qlobal
iqtisadiyyatın energetika və ekologiya
ölçüsü" mövzusunda diskussiyaları
açarkən demişdir: "Biz öz köklərimizə
qayğı ilə yanaşırıq, lakin dünya mədəniyyətinə
də dərin ehtiram bəsləyirik. Ölkəmizdə rus mədəniyyətini,
rus ədəbiyyatını sevirlər, rus dili tamamilə
qorunub saxlanmışdır".
Məqalədə
qeyd edildiyi kimi, BMT-nin Cenevrə şöbəsinin direktoru
Kasımjomart Tokayev və UNESCO-nun baş direktoru İrina
Bokova görüş iştirakçılarına müraciət
etmişlər. Rusiyanın mədəniyyət naziri Vladimir
Medinskinin fikrincə, MDBMİ öz məzunlarına məqsədə
nail olmağı öyrətmişdir. O demişdir: "Müxtəlif
ölkələrin rəhbərliyində bu ali məktəbin
nə qədər çox məzunu olsa, problemlər də
bir o qədər az olar. Çünki MDBMİ məzunlarının
həll edə bilmədikləri problem yoxdur". Rusiyanın
xarici işlər naziri Sergey Lavrov ümidvar olduğunu
bildirmişdir ki, forum ənənəvi xarakter alacaqdır. O,
məzunların Bakı toplanışının
iştirakçılarını gələn il universitetin
yetmiş illiyi bayramında iştirak etməyə dəvət
etmişdir.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2013.- 16 aprel.- S.5.