Böyük insan, unudulmaz alim
Zərifə Əliyeva
-90
2013-cü il aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın 90 yaşı tamam olur. Görkəmli alim Azərbaycanın məşhur dövlət və ictimai-siyasi xadimi, tibb təhsili və səhiyyəsinin qurucularından biri olan professor Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdır.
Atasının keçdiyi qeyri-adi həyat yolu Zərifə xanım üçün tarixin bir hissəsi idi. Əziz Əliyevin ömür yoluna nəzər salsaq görərik ki, Zərifə xanım necə mürəkkəb bir dövrdə həyata qədəm qoyub. Ailənin yaşadığı bütün çətinliklər onun təbiətində öz əksini tapmış və ona bu anlarda iradəli olmağı öyrətmişdir.
Zərifə Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. O, bənzəri olmayan işıqlı bir şəxsiyyət idi. Çünki onun yanında atası Əziz Əliyev və ömür-gün yoldaşı, sadiq dostu, sonralar həyatında böyük rol oynamış, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyev kimi şəxsiyyətlər vardı.
Zərifə xanımın elmə gəlməyi gözlənilən idi. Şübhəsiz ki, onun həkim-oftalmoloq peşəsini seçməsində elmə bağlı olan atanın və ailənin böyük təsiri olmuşdur.
Zərifə xanımın həyat fəlsəfəsinin kökünü hər şeydən öncə onun uşaqlıq çağlarında axtarmaq lazımdır. Ana olduqdan sonra o, həmişə deyirdi ki, uşaqlıq çağları insanın həyatında ən vacib dövrdür və o dövrü heç nə əvəz edə bilməz. Uşaq olarkən insan xeyirxahlığın, şəfqətin nə olduğunu dərk edir və onu başa düşəndə sevincin hədsiz-hüdudsuz olduğunu anlayır.
Zərifə xanım fədakar ana idi. O, uşaqlarına
xüsusi qayğı
göstərirdi. Onları İlahidən
verilən bir mükafat, həyatın hədiyyəsi kimi qəbul edirdi.
Zərifə xanım Əliyevanın ailəsi o dövrün qabaqcıl fikirli ziyalı təbəqəsinə
aid idi. Azərbaycanın elm və mədəniyyət
xadimləri onların
evlərinin daimi qonaqları olardı.
Dövrün görkəmli şəxsiyyətləri
ilə ailəvi və mənəvi yaxınlıq, onların
humanist dəyərlərlə bağlı diqqətəlayiq
söhbətləri uşaqların
milli ruhda formalaşmasında böyük
rol oynayırdı.
Zərifə xanım, eyni zamanda müxtəlif mədəniyyət sahələri
ilə maraqlanırdı. Azərbaycan və
rus dillərində gözəl danışır,
elmi əsərlər
yazır, dünya mədəniyyətini dərindən
bilirdi.
Onun ədəbiyyat
sahəsində bilikləri,
incəsənət, xüsusilə
təsviri sənət,
rəsm əsərləri
haqqında mülahizələri
adamı heyrətləndirirdi. Musiqi istedadı,
musiqiyə olan məhəbbəti ilə
seçilirdi. Azərbaycan xalq
mahnılarını çox
sevirdi, klassik və Azərbaycan bəstəkarlarının əsərlərini
yüksək qiymətləndirirdi.
Maraqlıdır, Zərifə xanım kimi geniş dünyagörüşlü insan
həyatın kiçik
töhfələrinə sevinir,
hər şeyi olduğu kimi qəbul edirdi. Amma öncə
Zərifə xanım
böyük oftalmoloq-alim,
gözəl pedaqoq idi. Bu insanın həyat fəlsəfəsi,
mənəvi dünyası,
oftalmologiya elminin inkişafındakı xidmətləri
o qədər zəngin
və çoxcəhətlidir
ki, onun fəaliyyətinə nəzər
salarkən, bu dahi insanın geniş diapozonlu şəxsiyyət olduğunu
hər an görmək olurdu. Zərifə xanımın
fitri istedada malik novator alim,
pak və nadir bir insan kimi
yaşadığı dərin
mənalı ömrü,
keçdiyi şərəfli
həyat yolu hər bir Azərbaycan
vətəndaşı, hər
bir alim və həkim üçün həyat,
mənəviyyat dərsi,
kamillik və müdriklik məktəbidir.
Onun elmi, tibbi və
pedaqoji fəaliyyəti,
hər kəs üçün örnək
olan yüksək mənəvi keyfiyyətləri
haqqında çoxsaylı
məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri
üzrə apardığı
tədqiqatlar, qazandığı
nailiyyətlər, yaratdığı
fundamental əsərlər Azərbaycan tibb elminin parlaq bir səhifəsini təşkil edir.
Akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə həsr
olunmuş çoxprofilli
tədqiqatlar aparmış,
fədakar həkim kimi bir sıra
göz xəstəliklərinin
müalicəsində, o cümlədən
Azərbaycanda traxomanın
kökünün kəsilməsində
böyük əmək
sərf etmiş, xəstəliyin müxtəlif
mərhələlərinin öyrənilməsi və
müalicə metodlarının
axtarılması yollarında
dəyərli elmi araşdırmalar aparmışdır.
Alimin elmi fəaliyyətinin istiqamətlərindən
biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə
apardığı elmi-tədqiqat
işlərinin nəticələri
onun bir sıra monoqrafiyalarında
geniş və ətraflı şəkildə
öz əksini tapmışdır.
Zərifə xanımın elmi fəaliyyətinin digər
sahələrindən biri
klinik diaqnostik istiqamətdə həyata
keçirdiyi tədqiqatlardır
ki, onların da nəticələri həkimlər üçün
yazılmış dəyərli
dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Onlar oftalmoloji
elmi-ictimaiyyət və
praktik həkimlər tərəfindən böyük
rəğbətlə qarşılanmışdır.
Alim göz yaşı aparatının xəstəliklərinin
öyrənilməsinə xüsusi
diqqət yetirmiş, bu sahəyə həsr etdiyi əsərləri ilə Azərbaycan lakrimologiyasının
əsasını qoymuşdur.
Bunlarla yanaşı,
Zərifə xanım
Əliyeva nadir sahə
olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiya Moskva şəhərində nəşr
edilmişdir. Xüsusi qeyd
etmək lazımdır
ki, dünya miqyasında iridodiaqnostikaya
aid kitabları ilk dəfə
akademik Zərifə Əliyeva yazmışdır.
Görkəmli alimin elmi fəaliyyətinin
əsas istiqamətlərindən
biri də peşə oftalmologiyasına
həsr edilmişdir.
Zərifə xanım sözün əsl mənasında bu sahənin ilk tədqiqatçısı olmuşdur. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə
patologiyasını araşdıran
elmi-tədqiqat laboratoriyası
yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin - "peşə oftalmologiyası"nın əsasını
qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri
problemi Zərifə xanımın adı ilə bağlıdır.
Oftalmologiyanın sənaye ilə
bağlı problemlərinin
öyrənilməsinə həsr
etdiyi fundamental tədqiqatları
alimə böyük şöhrət gətirmiş
və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır.
Zərifə xanım uzun
illər respublikanın
ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat
işləri aparmışdır.
Görmə orqanının
peşə patologiyası
sahəsində reallaşdırdığı
elmi-tədqiqat işlərinin
uğurlu nəticələrinə
görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində
ən mötəbər
mükafat olan SSRİ
Tibb Elmləri Akademiyasının M.İ.Averbax
adına mükafatına layiq görülmüşdür. Qeyd olunmalıdır
ki, Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk alim-qadın idi. Məşhur oftalmoloq, akademik M.Krasnov alimin görmə orqanının peşə
patologiyasının öyrənilməsinə
həsr etdiyi tədqiqatları yüksək
qiymətləndirərək qeyd etmişdir ki, əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kamil bir
məktəbin rəhbəri
ola bilərdi.
Azərbaycan oftalmologiyasını dünya
səviyyəsində tanıdan
akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim
idi. O, elmi-pedaqoji fəaliyyətində
təkcə çoxşaxəli
elmi-tədqiqat işləri
aparmaqla kifayətlənməmiş,
yüksəkixtisaslı gənc
alim kadrların yetişdirilməsinə və
oftalmoloq-həkimlərin ixtisaslarının
artırılması işinə
də xüsusi diqqət yetirmişdir.
Akademik keçmiş SSRİ-nin Sülhü Müdafiə
Komitəsinin üzvü,
Azərbaycan Sülhü
Müdafiə Komitəsi
sədrinin müavini,
"Bilik" Cəmiyyəti
İdarə Heyətinin
üzvü və keçmiş SSRİ Oftalmoloqlar
Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olaraq, böyük ictimai işlər görmüşdür.
Alim həmçinin "Oftalmologiya
xəbərləri" jurnalının
da redaksiya heyətinin üzvü olmuşdur.
Zərifə Əliyeva elmi, yaradıcı, ictimai sahələrdə göstərdiyi
xidmətlərə görə
orden və medallarla təltif olunmuşdur. Azərbaycanın əməkdar elm xadimi kimi yüksək
ada layiq görülmüşdür.
Zərifə xanımın sadəliyi
təkrarolunmaz idi: akademik, əməkdar elm xadimi, professor, müxtəlif
mükafatlar laureatı
olmağına baxmayaraq
o, əlçatmaz deyildi.
İşinin çoxluğuna baxmayaraq hamının köməyinə gəlir,
heç kəsdən
yardımını əsirgəməzdi.
Görkəmli dövlət və
elm xadimi, bütün
bilik və bacarığını xalqa
xidmətə sərf
etmiş Əziz Məmmədkərim oğlu
Əliyevin ailəsində
dünyaya göz açan Zərifə xanım valideynlərinə
layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür-gün yoldaşı
və qayğıkeş
ana idi. Zərifə
xanımın mənəvi
dünyasına yaxından
bələd olan insanlar "sənsiz günəşsiz qaldı
günlər" deyirlər.
Zərifə xanım çox
böyük həyat yolu keçmişdi: həkim-oftalmoloqdan başlayaraq
o, AMEA-nın akademiki,
professoru, Əziz Əliyev adına
Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə
İnstitutunun göz xəstəliyi kafedrasının
müdiri vəzifələrinə
qədər yüksəlmişdir.
Bir təşkilatçı
kimi rəhbərlik etdiyi kollektivin gücünü lazımi
istiqamətə yönəldirdi. İşinə olan münasibəti, qəlbən təmizliyi hər kəs üçün nümunə
idi. Zərifə xanım çox
istedadlı insan idi və o bütün
işlərində bu
istedadı büruzə
verə bilirdi.
Ömrünün son günlərinə qədər
elmi tədqiqatlarını
davam etdirirdi. Zərifə xanım Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və
məsləkdaşı olmuşdur.
Akif ƏLİZADƏ,
Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin
səlahiyyətlərini
icra edən, akademik
Azərbaycan.-2013.- 16 aprel.- S.8.