Göyçayda görkəmli oftalmoloq
alim Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi
münasibətilə tədbir keçirilmişdir
Aprelin 15-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik, əməkdar elm xadimi Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Çıxış edənlər akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən geniş söhbət açmışlar. Qeyd edilmişdir ki, görkəmli alim Zərifə Əliyeva bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr etmişdir. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparmış, cərrahi əməliyyatlar həyata keçirmiş, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi baxımından bir neçə elmi-metodoloji fikirlər irəli sürmüş, göz həkimlərinin təkmilləşdirilməsi üçün səmərəli pedaqoji fəaliyyət göstərmişdir.
Vurğulanmışdır ki, Zərifə xanım Əliyeva istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın idi. O, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin həyat yoldaşı, bu gün ölkəmizi yeni qələbələrə aparan Azərbaycan Prezidenti İlham Əliyevin anası olmuşdur.
Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, onun nəsillərə nümunə olan ömür yolunun və gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını bildirmişlər.
Tədbirdə
dahi şəxsiyyət Heydər Əliyevin, onun
ömür-gün yoldaşı,
akademik Zərifə Əliyevanın, Prezident İlham Əliyevin
həyat və fəaliyyətindən bəhs edən film
nümayiş etdirilmiş, məktəblilər şeirlər
söyləmişlər.
AzərTAc
Azərbaycan.-2013.- 16 aprel.- S.8.