İsrail Dövlətinin milli bayramı şərəfinə
Aprelin 15-də İsrail Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 65-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz çıxış edərək tədbirin əhəmiyyətindən danışmışdır.
R.Harpaz ölkəsinin inkişaf yolundan söhbət açmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.
Diplomat dost ölkələr olan İsrail və Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır.
İsrail ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilmişdir.
Tədbirdə
çıxış edən Azərbaycan Respublikasının
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
qeyd etmişdir ki, son vaxtlar Azərbaycan və İsrail
arasında müxtəlif sahələri əhatə edən
münasibətlər yüksələn xətt üzrə
inkişaf edir.
Ə.Abbasov
əmin olduğunu bildirmişdir ki, ölkələrimiz
arasında dostluq münasibətləri getdikcə daha da
möhkəmlənəcək və dərinləşəcəkdir.
Milli
Məclisin deputatları, xarici ölkələrin
Bakıdakı səfirləri, beynəlxalq təşkilatların
ölkəmizdəki təmsilçiləri, ictimaiyyət
nümayəndələri qəbulda iştirak etmişlər.
AzərTAc
Azərbaycan.-2013.- 16 aprel.- S.10.