Prezident İlham Əliyevin
Mingəçevirə səfəri
Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərində səfərdə olmuşdur.
Dövlət başçısı bir sıra sosial infrastruktur obyektlərinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev yeni inşa olunan Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verdi ki, mərkəzin tikintisinə 2008-ci ilin avqustunda başlanmışdır. Sahəsi 6 min kvadratmetr olan mərkəzdə ən müasir standartlar tətbiq edilmişdir.
Prezident İlham Əliyev mərkəzin akt zalı ilə tanış oldu. Geniş və işıqlı akt zalı 570 nəfərlikdir. Mərkəzdə dövlət atributları haqqında xüsusi guşə yaradılmışdır. Qeyd olundu ki, burada gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün kurslar təşkil olunacaqdır.
Daha sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
* * *
Prezident İlham Əliyev Müşfiq Mirzəyev adına "Dostluq" parkında aparılan yenidənqurma işləri ilə tanış oldu. Ümumi ərazisi 6 hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılmış, geniş yaşıllıq zolaqları salınmışdır.
* * *
Prezident İlham Əliyev Gənclər Evinin də açılışında iştirak etdi.
Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verdi ki, üçmərtəbəli binanın sahəsi min kvadratmetrdir. Bu Gənclər Evi respublika üzrə ən böyük gənclər mərkəzlərindən biridir. Bu mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.
Prezident İlham Əliyevə ölkədə inşa olunan və tikintisi nəzərdə tutulan idman qurğuları, 2015-ci ildə Avropa Oyunları ilə bağlı görülən işlər barədə də məlumat verildi.
* * *
Sonra dövlət başçısı yenidənqurma işlərinin aparıldığı Sahil Parkına gəldi.
Prezident İlham Əliyevə məlumat verildi ki, parkın ümumi ərazisi üç min kvadratmetrdir. İstirahət guşəsində 20 min kvadratmetrlik ərazidə geniş yaşıllıq işləri aparılmışdır. Bildirildi ki, hazırda Kür çayı üzərində sərnişin daşıyan asma kanatlı liftin quraşdırılması prosesi gedir. Uzunluğu 212 metr olacaq iki liftlə gün ərzində 1000 nəfəri daşımaq mümkün olacaqdır.
* * *
Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Kür çayı sahilindəki istirahət kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.
Dövlət başçısına məlumat verildi ki, yeni yaradılan sahilyanı istirahət kompleksinin ərazisi 1,5 hektardır. Burada şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.
* * *
Daha sonra Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunlarının Alayı və Su Ehtiyatları Dövlət Agentliyinin İdarəsinin tikintisi layihələrinə baxdı.
* * *
Prezident
İlham Əliyev Mingəçevir su anbarının inteqrə olunmuş təhlükəsizlik
sistemi ilə tanış oldu.
Dövlət başçısına raport
verən fövqəladə
hallar naziri Kəmaləddin Heydərov
bildirdi ki, burada mövcud olan mühafizə və təhlükəsizlik
sistemləri mükəmməlliyi
ilə seçilir.
Mingəçevir su anbarının mühafizə sisteminin sxeminə və maketinə baxan Prezident İlham Əliyev inteqrə olunmuş təhlükəsizlik
sistemi haqqında filmi və əraziyə
şərti müdaxiləyə
qarşı əməliyyatı
izlədi.
Dövlət başçısına təhlükəsizlik
sisteminin ən mühüm elementlərindən
olan çəpərlər
və videokameralar barədə məlumat verildi.
* * *
Prezident
İlham Əliyev Mingəçevirdə 502 məcburi
köçkün ailəsi
üçün yeni salınan çoxmərtəbəli
yaşayış binalarından
ibarət məhəllədə
yaradılan şəraitlə
də tanış
oldu.
Ağdam
rayonundan məcburi köçkün, şəhid
ailəsi Səidə
İbrahimovanın mənzilində
olan Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri
Əli Həsənov bildirdi ki, burada
hər cür şərait yaradılmışdır.
Ev sahibi məcburi köçkünlər
üçün yaradılan
bu gözəl şəraitə görə
dövlət başçısına
təşəkkür etdi.
Yeni məhəllədə klub-icma mərkəzi,
inzibati bina, təcili yardım stansiyası və poçt şöbəsi
tikilmişdir.
Prezident
İlham Əliyev məhəllədə 480 şagird
yerlik Ağdam rayon 52 nömrəli tam orta məktəbində yaradılan
şəraitlə də
tanış oldu. Bildirildi ki, bu məhəllə qaçqın
və məcburi köçkünlər üçün
indiyədək salınan
sayca 78-ci yaşayış
məntəqəsidir.
* * *
Daha sonra Bayraq Meydanına gələn Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən bayraq dirəyinin hündürlüyü
42 metrdir. Bayrağın ətrafında Azərbaycanın
xəritəsi, dövlət
himni və gerbi əks olunmuşdur (Mingəçevirə
səfərdən geniş
hesabat qəzetin növbəti nömrəsində
dərc ediləcəkdir).
AzərTAc
Azərbaycan.-2013.- 17 aprel.- S.4.