«Məlumat azadlığı haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununu "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının  2012-ci il 16 oktyabr tarixli 443-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara  alır:

"Məlumat azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 561; 2000, ¹ 3, maddə 136; 2003, ¹ 4, maddə 178; 2004, ¹ 3, maddə 133; 2006, ¹ 12,  maddə 1005; 2010, ¹ 3, maddə 172; 2011, ¹ 3, maddə 162) 12-ci maddəsində "İnformasiya Məsələləri üzrə müvəkkilə" sözləri "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2013-cü il

 

Azərbaycan.-2013.- 17 aprel.- S.4.